Şöbələr:

Abonement şöbəsi: Abonement şöbəsində oxucuların kitabxana xidmətlərindən istifadəsi üçün qeydiyyatı həyata keçirilir. Abonomentdə gözdən əlil oxucuların spesifikasını nəzərə alaraq, kitablar evə 1 aylıq verilir. Oxucuya kitab təqdim edilərkən kitabların vəziyyəti yoxlanılır.

Oxu zalı: Oxu zalında oxucunun istəyi ilə ona fondda olan kitablardan verilir. Bu, MP3 formatlı CD-lər, brayl kitabları, qəzet və jurnallar, ənənəvi kitablar ola bilər. Gözdən əlil oxucuları müşayiət edən varsa, həmin şəxs; yoxdursa, kitabxana əməkdaşlarından biri oxucuya ənənəvi kitabların mütaliəsini təmin edir.

Səsyazma studiyası: Səsyazma studiyasında könüllü diktorlar fəal oxucular tərəfindən seçilmiş kitabların səsləndirilməsini həyata keçirirlər. Daha sonra kitabın montajı və nüsxələnməsi prosesi baş tutur. İnventarizasiya zamanı xarab olmuş CD nüsxələrinin bərpası da burada baş verir. Həmçinin brayl kitablarının məhdud sayda çapı üçün də burada avadanlıq və şərait mövcuddur.

Fonoteka: Fonoteka şöbəsində səsli kitablar qorunur.

Brayl kitabları şöbəsi: Brayl kitabları şöbəsini adından da göründüyü kimi, xüsusi brayl şriftli kitablar təşkil edir.

Ənənəvi kitablar şöbəsi: Ənənəvi kitablar şöbəsində Azərbaycan və xarici ədəbiyyat özünə yer almışdır. Görməsi zəif olan və yaxud yanında mütaliə üçün ailə üzvü və yaxını olan oxucular bu fonddan istifadə edə bilərlər.