Gözdən əlillərin kitabxanasından Reportaj

Ölkəmizdə gözdən əlillər üçün kitabxananın varlığını eşitdikdə çox təəccübləndik. İstər-istəməz düşündük ki, gözləri normal görən insanların belə kitab oxumadığı bu ölkədə ürəkləri deyil, gözləri dünya işığından məhrum olanlar necə kitab oxuya bilər? Bu sual ətrafında düşünə-düşünə bizə verilən ünvana yollandıq.Sözügedən kitabxana metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşir. Kitabxana qarışıq yerdə olduğundan bizi metronun qarşısında kitabxananın işçisi […]

Əlillərin cəmiyyətə inteqrasiyasında Gözdən Əlillər Kitabxanası mühüm rol oynayır

Azərbaycanda kifayət qədər mərkəzi və yerli kitabxananın olduğu məlumdur. Amma gözdən əlillər üçün ölkə üzrə cəmi bir kitabxananın fəaliyyət göstərdiyini çoxumuz bilmirik. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Gözdən Əlillər Kitabxanası bu gün ölkəmizdə çox mühüm bir vəzifəni icra edir. Kitabxana gözdən əlil insanlar üçün artıq bir məktəb rolunu oynayır, onların cəmiyyətə inteqrasiya […]

“Mədəniyyət .az ” jurnalının 3(301)2016 sayında Respublika Gözdən əlillər kitabxanasının fəaliyyəti geniş işıqlandırmışdı.

Bu kitabxanada ən gənc oxucunun 6, yaşlısının isə 82 yaşı var!  Dünya işıqından məhrum olsalarda, onların həyat, yaşamaq, inkişaf həvəsi sönməyib, bir sözlə, bəsirət gözləri açıqdır.Sanki oxuduqları əsərlərin qəhrəmanlarından ilham alırlar. Bəzi qəhrəmanlardan fərqli olaraq bədbin görünməyi, məğlub olmağı heç sevməzlər. Sözün əsl mənasında və birmənalı olaraq onlarıanadangəlmə müsbət qəhrəmanlar adlandırsaq, heç də yanılmarıq. Belə qətiyyətlə danışmağmızın […]

21 mart 2012 | Novruz Bayramı münasibəti ilə tədbir keçirilmişdir

Novruz (farsca yeni gün mənasındadır) şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə düşür. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir Novruz  bir çox türk […]

Xocalı faciəsini unutmayaq!

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhər […]

“Hilton Baku” hotelində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə təqdimat mərasimi

Respublika Gözdən Əlillər kitabxanasının direktoru Şəhla xanım Vəliyeva Yanvarın 31-də “Hilton Baku” hotelində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə rusiyalı tanınmış tarixçi və publisist Rudolf İvanovun kitablarının təqdimat mərasimində iştrak etmişdir. R.İvanov Hüseyn xan Naxçıvanski və Cəmşid Naxçıvanski haqqında kitabların müəllifidir. 2009-cu ildə R.İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə […]

Respublika Gözdən Əlillər kitabxanasının “Natəvan” klubunda keçirilən “Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimat mərasimi

26 yanvar 2012-ci il tarixində Respublika Gözdən Əlillər kitabxanasının müdir müavini Tofiq Balayev Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən “Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimat mərasimində iştrak etmişdir.Tədbirdə “İRƏLİ” İctimai Birlyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Mətbuat Şurasının üzvü, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru, 525-ci […]

Şəhidlər Xiyabanını ziyarət

Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Artıq “Qanlı Yanvar”ın 22-ci ildönümüdür. 22 il öncə Azərbaycan xalqının taleyində qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın […]

Respublika Gözdən Əlillər kitabxanasının 30 illik yubileyinə həsr olunmuş tədbir həyata keçirilmişdir.

15 oktyabr 2011-ci il tarixində Respublika Gözdən Əlillər kitabxanasının 30 illik yubileyinə həsr olunmuş tədbir həyata keçirilmişdir.Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla xanım Vəliyeva qonaqları salamlamış, çıxışına kitabxananın yaranma tarixindən başlamış və gözdən əlillərin inkşafına verdiyi töhfələrdən danışmışdır.Daha sonra Şəhla xanım kitabxananın yaranma ideyası və ümumilikdə fəaliyyət dövrü ərzində qazandığı uğurlardan bəhs etmişdir. […]

İlahiyyatçı alim Elşad Miri-ilə görüş

Gözdən Əlillər üçün Respublika Kitabxanasında vaxtaşırı keçirilən görüşlərdən biri də 12 dekabr 2011-ci il tarixində baş tutdu.Bu dəfə kitabxananın qonağı İlahiyyatçı alim Elşad Miri idi. Elşad bəy kitabxananın kollektivi ilə səmimi söhbət keçirdi və kitabxanaçılardan Kəmalə Quliyeva, Nazlı Əliyeva və Mahirə Şəmsiyevanın suallarını cavablandırdı. Bundan başqa Elşad Miri təsisçisi və baş redaktoru olduğu “DƏVƏT” jurnalının […]