Cəfər Cabbarlının “125 illik yubileyi

05.03.2024-cü il tarixində Respublika Gözdən Əlillər Kitabxanasında, əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna rolu olan, görkəmli drammaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor, aktyor, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Cəfər Cabbarlının “125 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə oxucularımızla […]

Azərbaycan Zəfərə Doğru

06.10.2023-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda,əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun təşkilatçılığı ilə, 44Günlük Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusunun rəşadəti, sücaəti iləvə Azərbaycan xalqının həmrəyliyi ilə qələbə ilə nəticələnən, Zəfər Gününə həsrolunan, “Azərbaycan Zəfərə Doğru” adlı tədbir keçirilib. Tədbirdə oxucularımız,əməkdaşlarımız və qonaq qismində dəvət etdiyimiz II Qarabağ Müharibəsi iştirakçısı,Qubadlı və Cəbrayıl rayonları istiqamətində döyüşən, […]

Məmməd Arazın 90 illik yubileyinə həsr edilmiş tədbir.

Azərbaycan Xalq Şairi  Məmməd Arazın 90 İllik Yubileyinə Həsr Olunan                   Tədbirin Hesabatı.         12.10.2023-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda, dəyərli əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun təşkilatçılığı ilə, Azərbaycan poeziasında öz sözünü demiş, həm XX, həm də XXI əsrin klassiklərindən biri olan, vətəndaşlıq poeziasının banisi, tanınmış pedaqoq, publisist, tərcüməçi və xalqımızın şairi olan, Məmməd […]

 Mikayıl Müşfiqin 115 illik 

09.06.2023-, cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda, dəyərli əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun təşkilatçılığı ilə, Azərbaycan poeziasının incisi, qısa ömründə XX əsrin klassiklərindən birinə çevrilən, tanınmış yazıçı, lirik-romantik şair, tərcüməçi, pedaqoq və represiya qurbanı olan Mikayıl Müşfiqin 115 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə oxucularımız, əməkdaşlarımız və qonaq qismində dəvət etdiyimiz tanınmış […]

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31.05.2023-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda, “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan “Uşaqların İnkişafında Mütaliənin Rolu” adlı tədbir keçirilib. Tədbirdə “Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 5 Saylı Xüsusi İnternat Məktəbi”nin 5-ci və 6-cı sinif şagirdləri, məktəbin “Uşaq və Gənclər Təşkilatı”nın rəhbəri, Xoşqədəm Əhmədova və əməkdaşlarımız iştirak edirdi.     Tədbirin açılışını tədbirin təşkilatçılarından […]

Novruz Bayram;

             17 mart 2023-cü il tarixdə  Respublika Gözdən Əlillər Kitabxanasında insanlarda ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa məhəbbət hissi oyadan, milli birliyimizin təcəssümü olan Novruz bayramı keçirildi. Hər yerdə olduğu kimi, bizim kitabxanamızda da, bayram ab-havası hökm sürürdü. Bayram süfrəsi açılmış, stolun üstünə baharın rəmzləri olan səməni və şirniyyatlar düzülmüşdü.              Tədbirin açılışını dəyərli kollektiv üzvləri  […]

Firidun bəy Köçərli 160 illiyi

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur[5].1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır[2]. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət […]

Stendal

Mari-Anru Beyl 1783-cü ildə Qrönoblda dünyaya gəlmişdir. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən S. humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. 1799-cu ildə həribi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya safarind(1800) iştirak etmişdir.1806-14 illərdə intendant kimi Napaleonunir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının , Borodino düyüşünün fransız ordusunun Rusiyadan qaçmasının […]

Qanlı Yanvar

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. […]

Anım günü

İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya “Dəmir Yumruq” əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca […]