Bildiyimiz kimi, 18 iyun Azərbaycanda Milli İnsan
Hüquqları günü kimi qeyd olunur. Respublika Gözdən Əlillər
Kitabxanası da 10 iyun 2025-ci ildə bu gün münasibəti ilə tədbir
keçirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla xanım
açdı. O, öz çıxışında dövlətimizin insan hüquqlarının qorunması
və müdafiə olunması istiqamətində böyük işlər gördüyündən və
bu istiqamət -də əldə olunan nailiyyətlərdən danışdı. Çıxışında
Şəhla xanım qeyd etdi ki, Azərbaycanda aparılan demokratik
hüquqi islahatlar insan hüquqlarının müdafiəsi istiqamətində
mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət
ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulmuşdur. BMT və
Azərbaycan hökuməti arasında 1998-ci ildə “İnsan hüquqları və
demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında”
Memorandum imzalanıb. Göründüyü kimi, Azərbaycanda insan
hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq
təşkilatlar da yüksək qiymətləndirirlər. Şəhla xanım çıxışının
sonunda onu da vurğuladı ki, insan və vətəndaş hüquqlarının
qorunması arzu olunan səviyyədədir.
Direktor müavini Tofiq Balayev də dövlətimizin və
qeyri-hökumət təşkilatlarının gördüyü işlərdən söhbət açdı. O,
çıxışında imsanların öz hüquqlarının bilməsi istiqamətində silsilə
tədbirlərin keçirilməsindən və insanları maarifləndirilməsindən
danışdı.
Tədbir iştirakçılarından kitabxananın fəal oxucusu
Ömərov Anar da öz ürək sözlərini dedi. O, çıxışında dövlətimizin
regionlarda bu istiqamətdə apardığı işlərdən və əldə olunan
nəticələrdən söhbət açdı. Anar regionlarda insan hüquqları üzrə
Müvəkkilin regional mərkəzlərinin açılmasından və əhalinin
ombudsmana müraciət etməsinin asanlaşdırılmasından danışdı
və buna görə dövlətimizə və ombudsmana təşəkkürünü bildirdi.