Şair Eldar Həsrətlə görüş
15.05.2024-cü il tarixində "Respublika Gözdən Əlillər Kitabxanası"nda, əməkdaşlarımız
Zəkəriyyə Qurbanov və Ayxan Hüseynovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə "Beynəlxalq
Ailə Günü" ilə əlaqədar olaraq, "Özümüzü Tanıdaq" tədbirlər silsiləsi çərçivəsində Bakı şəhəri
Nərimanov rayonu "Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 5 Saylı Xüsusi İnternat
Məktəbi"nin Azərbaycan Dili və Ədəbiyyat müəllimi, "Azərbaycan Yazıçılar Birliyi"nin üzvü, "Qızıl
Qələm" mükafatı laureatçısı, şair Eldar Həsrətlə Görüşə həsr olunan tədbir keçirilib.
Tədbirdə dəyərli oxucularımızla yanaşı, biribirindən maraqlı və dəyərli qonaqlarımız: tanınmış
şair, tərcüməçi, "AYB"nin üzvü Giya Paçxataşvili, Respublikamızın Xalq artisti Eldost Bayram,
tədqiqatçı, jurnalist Pünhan Şükür, şair Bayraam Aşıqlı, şair Saday Qazaxlı, "Şuşa şəhər 1 Saylı
Tam Orta Məktəbin" musiqi müəllimi Elnur Sadiq, "1 Nömrəli Uşaq və Gənclər İnkişaf
Mərkəzi"nin vokal üzrə müəllimi Aysel Əlizadə, "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti"nin
əməkdaşı Nailə Ağca, "İctimai Televiziya"nın əməkdaşı Sevil Yusifova və başqaları iştirak
edirdilər.
Tədbirin giriş hissəsində açılış nitqi söyləyən Zəkəriyyə Qurbanov, "Beynəlxalq Ailə Günü" ilə
əlaqədar danışmaq üçün sözü digər təşkilatçı və aparıcımız Ayxan Hüseynova verdi.
Öz növbəsində hamını salamlayan Ayxan Hüseynov, "Beynəlxalq Ailə Günü" haqqında
məlumat verərək, ailə dəyərləri barədə müfəssəl danışdı. Ayxan Hüseynovun çıxışının ardınca,
Zəkəriyyə Qurbanov "Özümüzü Tanıdaq" tədbirlər silsiləsi barədə danışaraq, şair Eldar Həsrətin
həyat və yaradıcılığı haqqında məlumat verdi. Şairin həyat və yaradıcılığından danışan
Zəkəriyyə Qurbanov, onun "Məni Xəfif Əsən Yellərdən Soruş" kitabının səsli variantının ərsəyə
gəlməsi haqqında da ətraflı danışdı. Daha sonra hörmətli şair Eldar Həsrətə söz verildi.
Eldar müəllim öz növbəsində görüş və nəşrlərin səsli variantları barədə dəyərli fikirlərinibizimlə
bölüşdü və tədbirdə əməyi keçən hər kəsə, xüsusilə, Zəkəriyyə Qurbanov və Ayxan Hüseynova
dərin minnətdarlığını bildirdi. Eldar müəllimin çıxışından sonra onun "Xatırlayarsan" şeiri
səsləndirildi. Respublikamızın Əməkdar artisti Cəlal Məmmədovun qiraətində təqdim olunan bu
şeir oxucular tərəfindən alqışla və rəğbətlə qarşılandı. Şeirdən sonra şair, tərcüməçi Giya
Paçxataşviliyə söz verildi və Giya müəllim Eldar müəllimlə bağlı öz ürək sözlərini dedi.
Giya müəllimin dəyərli çıxışından sonra musiqiyə söz verildi. Sözləri və musiqisi şair Eldar
Həsrətə məxsus olan "Öləcəksən" mahnısı vokalist Aysel Əlizadənin ifasında oxuculara təqdim
olundu. Aysel xanımın ifasından sonra tədbirimiz dahada canlandı.
Ruhumuzu oxşayan ifadan sonra tədqiqatçı, jurnalist Pünhan Şükürə söz verildi. Oda öz
növbəsində Eldar müəllim və onun yaradıcılığı ilə bağlı öz dəyərli fikirlərini bizimlə bölüşdü.
Pünhan bəyin çıxışından sonra şairin "Gələrdin" adlı şeiri səsləndirildi.
Şeirdən sonra Respublikamızın Xalq artisti Eldost Bayram çıxış etdi. Eldost müəllimin
valehedici çıxışının ardınca onun qiraətində şair Eldar Həsrətin "Ay Sevgi Qatili, Ürək Oğrusu"
adlı şeiri səsləndirildi.
Şairin qəlbimizi fəth edən şeirindən sonra yuxarıda adları çəkilən digər fəxri qonaqlarımız Eldar
Müəllimin həyat və yaradıcılıq fəaliyyəti haqqında səmimi çıxış etdilər.
Qonaqlarımızın Eldar müəllimlə bağlı möhtəşəm çıxışlarından sonra Eldar müəllimin sazda ifa
etməsi tədbirimizin ən yadda qalan məqamlarından biri oldu. Tədbirimizin sonuna doğru
yaxınlaşarkən, yenidən musiqiyə söz verildi.

Aysel xanım öz məlahətli səsi ilə musiqisi Məhərrəm Şahverdiyə, sözləri səbəbkarımıza
məxsus olan "Sev Deyəcəyəm" adlı mahnı tövhəsi ilə tədbirimizə rəng qatdı.
Tədbirin sonunda Ayxan Hüseynov Eldar müəllimin "Məmi Xəfif Əsən Yellərdən Soruş"
kitabımdan 2 ədəd səsli nüsxəni kitabxanamız adından şair Eldar Həsrətə hədiyyə edərək,
sazlı-sözlü tədbirimizi bağlı elan etdi.
Tədbirdən sonra Eldar müəllim digər qonaqlarımızla birlikdə kitabxana ilə ətraflı tanış oldular,
buradakı kitab fondu və digər məsələlərlə bağlı məlumatlar əldə etdilər.
Xüsusi qeyd:!
Əziz oxucular, şair Eldar Həsrətin "Məni Xəfif Əsən Yellərdən Soruş" adlı şeirlər kitabı səsli
versiyada kitabxanamızda mövcuddur.
Xoş Mütaliələr.
Hesabatı hazırladı:
Ayxan Hüseynov