
14.02.2023-cü il tarixində Respublika Gözdən Əlillər Kitabxanasında, əməkdaşlarımız
Zəkəriyyə Qurbanov və Ayxan Hüseynovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə,
Beynəlxalq Kitab Bağışlama" günü ilə əlaqədar olaraq, Özümüzü Tanıdaq tədbirlər
silsiləsi çərçivəsində şair Mütalib Tahiroğlu ilə görüşə həsr olunan tədbir keçirilib.
Tədbirdə oxucularımızla yanaşı bir-birindən maraqlı və dəyərli qonaqlarımız iştirak
edirdilər.
Tədbirin giriş hissəsində açılış nitqi söyləyən Zəkəriyyə Qurbanov, Beynəlxalq Kitab
Bağışlama günü ilə əlaqədar danışmaq üçün sözü digər təşkilatçı və aparıcımız Ayxan
Hüseynova verdi.
Öz növbəsində hamını salamlayan Ayxan Hüseynov, Beynəlxalq Kitab Bağışlama
günü haqqında məlumat verərək, kitab-mütaliənin həyatımızdakı rolu və faydaları
barədə müfəssəl danışdı.
Ayxan Hüseynovun çıxışının ardınca, Zəkəriyyə Qurbanov "Özümüzü Tanıdaq" tədbirlər
silsiləsi barədə danışaraq, şairin "Bir Udumluq İşıq" şeirlər kitabına şair Günay Ümidin
yazdığı "Yarımçıq və Bütöv" adlı ön sözü oxuculara təqdim etdi. Daha sonra söz şair
Mütalib Tahiroğluna verilib.
Öz ürək sözlərini bizimlə bölüşən şair tədbirin ərsəyə gəlməyində əməyi keçən hər kəsə
təşəkkür edərək, şeirlərindən bir neçəsini canlı olaraq oxudu.
Şairin çıxışından sonra "Sevgi Nağılı" adlı şeiri "Sumqayıt Dövlət Dram Teatrı"nın
aktioru əməkdar artist Cəlal Məmmədovun səsində oxuculara təqdim edilib.
Şeirdən sonra "Azərbaycan Yazıçılar Birliyi"nin üzvü, şair və müəllim Günay ümidə
verildi. Günay Ümiddən sonra digər qonağımız şair Zamiq Kövsəri çıxış etdi.
Qonaqlarımızın maraqlı çıxışlarından sonra şairin bir neçə şeiri Günay Ümidin və Cəlal
Məmmədovun qiraətində oxuculara təqdim olundu.
Sonda Ayxan Hüseynov tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək, tədbiri bağlı
elan etdi.
Hesabatı hazırladı:
Ayxan Hüseynov