06.10.2023-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda,
əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun təşkilatçılığı ilə, 44
Günlük Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusunun rəşadəti, sücaəti ilə
və Azərbaycan xalqının həmrəyliyi ilə qələbə ilə nəticələnən, Zəfər Gününə həsr
olunan, “Azərbaycan Zəfərə Doğru” adlı tədbir keçirilib. Tədbirdə oxucularımız,
əməkdaşlarımız və qonaq qismində dəvət etdiyimiz II Qarabağ Müharibəsi iştirakçısı,
Qubadlı və Cəbrayıl rayonları istiqamətində döyüşən, çox hörmətli qazimiz İsmayıl
Hüseynov iştirak edirdi. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib bə bətənimizin ərazi bütövlüyü, xalqımızın firəvanlığı, rəfahı uğrunda
canından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sikutla yad edilib.
İlk olaraq, Zəkəriyyə Qurbanov çıxış etdi. Zəkəriyyə qurbanov hamını salamlayıb,
həm I, həm də II Qarabağ müharibəsi haqqında müfəssəl məlumat verdi. Qeyd edək
ki, Zəkəriyyə Qurbanov işğalçı Ermənistan dövlətinin ərazi iddiasından, məkrli
siyasətindən və Vətən Müharibəsində ordumuzun və xalqımızın mübarizliyindən,
zəfərə doğru addımbəaddım irəliləməyimizdən danışdı.
Zəkəriyyə Qurbanovun çıxışından sonra söz musiqiyə verilib.
“Xəzər rayonu Nizami Mədəniyyət Mərkəzi”nin “mərdi-Məkan” ansanbılının bədii
rəhbəri, müğənni Valid Tağızadə hamını salamlayaraq, sözləri Sədaqət
Əhmədovaya, musiqisi Emin Sabitoğluna məxsus olan “Azərbaycan” adlı mahnını
bizlər üçün ifa etdi.
Valid bəyin ruhumuza oxşayan ifasından sonra, digər təşkilatçımız Ayxan Hüseynov
hamını salamlayıb, çıxış etmək üçün sözü Vətən Müharibəsi Qazisi İsmayıl
Hüseynova verdi.
İsmayıl Hüseynov ilk növbədə hamını salamlayıb tədbirin ərsəyə gəlməyində əmiyi
keçən hər kəsə təşəkkür edərək, öz döyüş yolu barədə maraqlı faktlarla çıxış etdi.
Qazimizin çıxışı hamımızı duyğulandırdı. Bu çıxışdan sonra, bizdə müharibə ilə bağlı
daha geniş təsəvvür yarandı.
Duyğu dolu çıxışın ardınca Ayxan Hüseynov sözü şeirə verdi.
Dəyərli oxucularımız Şahnaz Cəbrayılova və Sahib Əmirov qələbəyə həsr olunan şeir
tövhələri ilə tədbirimizi rəngləndirdilər.
Yenidən söz musiqiyə verilib.
Müğənni Valid bəy bizim üçün sözləri Əhməd Cavada, musiqisi Dahi bəstəkarımız
Üzeyir Hacıbəyova aid olan “çırpınırdı Qaradəniz” mahnısını ifa etdi.
Şeir və musiqilərlə zəngin olan tədbirimiz oxucularımızın böyük marağına səbəb oldu.
Sonda, Ayxan Hüseynov tədbir iştirakçılarına təşəkkür edərək, tədbiri bağlı elan etdi.
Allahdan Şəhidlərimizə Rəhmət, Qazilərimizə Şəfa Diləyirik.