Azərbaycan Xalq Şairi Məmməd Arazın 90 İllik Yubileyinə Həsr Olunan Tədbirin Hesabatı.
12.10.2023-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanası”nda, dəyərli əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun təşkilatçılığı ilə, Azərbaycan poeziasında öz sözünü demiş, həm XX, həm də XXI əsrin klassiklərindən biri olan, vətəndaşlıq poeziasının banisi, tanınmış pedaqoq, publisist, tərcüməçi və xalqımızın şairi olan, Məmməd Arazın 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə dəyərli oxucularımız, əməkdaşlarımız və hörmətli qonağımız Respublikamızın Xalq Artisti, ölkəmizin tanınmış diktoru, “Tərəqqi” medalı laureatçısı Eldost Bayram iştirak edirdi.
Tədbirin açılışını əməkdaşımız Zəkəriyyə qurbanov etdi. Açılış nitqindən sonra, şair Məmməd Arazın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Zəkəriyyə Qurbanov xalq şairi Məmməd Arazın həyatı haqqında danışmaq üçün sözü əməkdaşımız Ayxan Hüseynova verdi.
Ayxan Hüseynov şairin həyatı haqqında geniş məlumat verdi. Məmməd Arazın həyatı haqqında danışan Ayxan Hüseynov, onun həyat lövhələrini özündə əks etdirən, rəngarəng poetik irsi haqqında məlumat verməsi üçün, sözü yenidən Zəkəriyyə Qurbanova ötürdü. Zəkəriyyə Qurbanov Məmməd Arazın şeirləri, kitabları, tərcümələri, poemaları və s. haqqında müfəssəl danışdı.
Məmməd Arazın həyat və yaradıcılığına nəzər salındıqdan sonra, çıxış etmək üçün Azərbaycan Respublikasının Xalq Artisti Eldost Bayrama söz verilib.
Xalqımızın dəyərli diktoru Eldost Bayram, hamını salamlayıb tədbirin ərsəyə gəlməyində əməyi keçənlərə təşəkkür edərək, şair Məmməd Arazla bağlı ürək sözlərini dedi və şairin məşhur şeirlərindən bir neçəsini bizlər üçün səsləndirdi. Eldost müəllimin çıxışından sonra, kitabxanamızın fəxri üzvlərindən biri, dəyərli oxucumuz Eltun Cəfərov şairin “İndən belə o gözlərə baxmaram” adlı şeirinə Məhəbbət Kazımovun bəsdələdiyi mahnını böyük şövqlə ifa etdi. Eltun Cəfərovun ruhumuzu oxşayan ifasının ardınca, oxucularımız, Sahib Əmirov şairin “Müharibə olmasa”, Tural Səfərov isə “Dünya sənin, dünya mənim” şeirlərini səsləndirdilər. Yenidən Eldost müəllim, Məmməd Arazın daha Bir neçə şeirini öz ecazkar səsilə səsləndirərək tədbirimizə rəng qatdı. Növbəti dəfə musiqiyə söz verildi. Eltun Cəfərov şairin “Doğma diyar” adlı növbəti şeirinə bəsdəkar Ramiz Mirişlinin bəsdələdiyi musiqini tədbir iştirakçıları üçün ifa etdi.
Gözəl şeir və musiqilərlə zəngin olan tədbirimiz oxucularımızın böyük marağına səbəb oldu.
Sonda, əməkdaşımız Ayxan Hüseynov, kitabxanamızın adından oxuculara təşəkkür edərək tədbiri bağlı elan etdi.
(14.10.1933- 1.12.2004)
Hesabatı hazırladı:
Ayxan Hüseynov