28.04.2023-cü il tarixində “Respublika Gözdən Əlillər Kitabxanasında”,
XX əsr Azərbaycan ədəbiyyatının böyük klassiklərindən olan, yazıçı,
dramaturq, publisist, tanınmış içtimai xadim Salam Qədirzadənin 100 illik
yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə bir qrup gözdən əlil oxucular
və kitabxanamızın əməkdaşları iştirak edirdi. Tədbirin açılışını dəyərli
personallarımız, Zəkəriyyə Qurbanov və Ayxan Hüseynov etdilər. Zəkəriyyə
Qurbanov ümumi açılış nitqi söylədikdən sonra, Ayxan Hüseynov Salam
Qədirzadənin həyat və yaradıcılıq fəaliyyəti haqqında müfəssəl və dolğun
məlumat verdi. Daha sonra isə, Zəkəriyyə Qurbanov Salam Qədirzadənin
“fatma”, “Armud”, “Qar Üstündə Qızılgül” hekayələri, “Xəzan Yarpaqları”,
“Haram Pul”, “Müqəddəs Yalan” povestləri və yazıçının ən iri həcmli
əsərlərindən biri olan “Qış Gecəsi” romanı haqqında geniş şəkildə məlumat
verdi. Ayxan Hüseynov isə yazıçının “Kəndimizdə Bir Gözəl Var” novellalardan
ibarət romanı, “46 Bənövşə”, “Sevdasız Aylar” “Ömrün Təzə İlləri” povestləri
və “Qara Qoçun Düşüncələri”, “Kağızlardan Ürəklərə”, “yelləncək” hekayələri
haqqında ətraflı danışdı.
Dəyərli oxucularımız müzakirələrdə aktiv iştirak edirdilər. Xüsusəndə,
oxucularımızdan İgidəliyev Rövşən, Avdıyev İbrahim və Əlizadə Əziz
yazıçının “Qış Gecəsi” romanı, “46 Bənövşə” və “Sevdasız Aylar” povestlərinin
müzakirəsində öz aktivlikləri ilə fərqləndilər.
Qeyd edək ki, yazıçı Salam Qədirzadənin yaradıcılığını daha çox gənc
oxucular sevirdi, çünki əsərləri xüsusi ilə gənclik çağının duyğularına, sərhəd
tanımayan arzularına qol-qanad verir, onların talehinə işıq saçırdı. Yazıçının
hadisələrə yanaşması, əsərlərinin sadə və axıcı dili, aktual mövzulara üz
tutması, ədəbi içtimaiyyətin, oxucuların diqqətini cəlb edib. Bu mənada
müəllifin “Qış Gecəsi” romanı xüsusi ilə əks-səda doğurur. Bu əsər haqqında
tənqitçilərdə xoş söz söyləyirlər. Əsərdə daha çox gənclərin sosial problemləri
ilə bağlı məsələlərə toxunulur. Böyük tirajla çap olunan “46 Bənövşə,” “Qış
Gecəsi”, “Sevdasız Aylar”, “Ulduzlar Sayrışanda”, “Sən Olmasaydın”,
“Kəndimizdə Bir Gözəl Var”, “Nar Çiçəyi Nağılı” “Hardasan, Ay Subaylıq”,
Həmişə Xanım”, “Gurultulu Məhəbbət”, “Şirin Bala Bal Yığır” və s roman,
povest, dram və hekayələri yazıçıya böyük şöhrət qazandırıb. Gənclərin
mənəvi əxlaqi keyfiyyətlərindən bəhs edən bu əsərləri oxuduqca adama elə gəlir
ki, personajların başına gələnlər və içində olduqları olaylar yazıçı təxəyyülünün
məhsulu yox, gerçək həyat hadisələridir. Çünki əsərlərdə olan təbiilik çox
inandırıcıdır. Müəllif özündən sonra 35-dən artıq əsər geridə buraxdı. Yazıçının
xüsusi ilə piyesləri, respublikamızın hüdudlarından kənarda; Ukraynada,
Moldovada və digər xarici ölkələrdə səhnəyə qoyulub.

Yazıçının əsərləri dövrünün güzgüsü idi. Bu əsərlərdə əsas sujet xətti ilə
bərabər, sovet yaşayışının, onun prioritet problemlərinin, ailə-məişət tərzinin
xırdalıqlarıda öz əksini tapırdı. Salam Qədirzadə 64 illik qısa ömrünə mə
mümkündürsə yerləşdirə bildi. O, özündən sonra, qiymətli ədəbi miras, təmiz ad
və xoş xatirələr qoyub getdi.
(10.04.1923- 15.11.1987)
Tədbirdə iştirak edən hər kəsə Təşəkkür Edirik.