10 may 2023-cü ildə Respublika Gözdən Əlillər Kitabxanasında Azərbaycan
xalqının Ümummilli Lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr
dünya siyasətində xüsusi yeri olan, Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, müdrik
siyasətçi və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi qeyd
olundu.
Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında dövlət
quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq
mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan
milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı
idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu məqam onu
həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən profesional cizgilərdən idi.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.
Ulu Öndərin imzaladığı “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın neft stragediyasının
və xalqımızın bugünkü firəvan həyatının əsasını qoymuşdur.
Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli siyasi varisi, Hörmətli Prezidentimiz
cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla
davam etdirilir.
Tədbir iştirakçılarından Ayxan Hüseynov, Zəkəriyyə Qurbanov, Mirzəxan
Qurbani xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, daxili və
xarici siyasətindən, onun varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün
sahələrdə aparılan uğurlu islahatlardan, əldə olunan nəticələrdən danışdılar.
Tədbirin sonunda kitabxananın direktoru Şəhla Vəliyeva Ulu Öndər Heydər
Əliyevin kitab, kitabxana, mütaliə haqqında söylədiyi dahiyanə fikirlərdən, kitabxanaçı
əməyinə verdiyi yüksək dəyərdən geniş bəhs etdi.O, çıxışında bütövlükdə
Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımların Ulu Öndərin
layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsini vurğuladı.