Respublika Gözdən Əlillər Kitabxanasında 27 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan direktor Şəhla xanım Vəliyeva bildirdi ki, XX əsrin faciəsi olan Xocalı soyqrımı hadisəsi aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə Azərbaycan xalqına deyil, bütün insanlara, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki, Xocalı elə bir yaşayış məskəni idi ki,o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. 1992-ci il fevralın 26-da ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi.
Daha bir çıxışçı olan Ayxan Hüseynov insanlığı dəhşətə gətirən Xocalı soyqrımının epizodları haqqında məlumat verdi.Bütün bunlar erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təqqiredici hərəkətlər həyata keçirmişdilər. Növbəti iştirakçılar ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiəti tərəfindən iddiham edilməsi və bu cinayətin cəzasız qalmaması haqqında danışdılar.
Tədbirdən sonra kitabxana kollektivi “Ana harayı” abidəsini ziyarət etdi.