17.02.2023-cü il tarixində Respublika Gözdən Əlillər Kitabxanasında, Azərbaycan ədəbiyyatında iz qoymuş qələm sahiblərindən biri olan, yazıçı, senarist, publisist və ölkəmizdə macəra ədəbiyyatına ilk dəfə müraciət edən, dedektiv janrının banisi Cəmşid Əmirovun 105 illik yubileyinə həsr olunan tədbir keçirildi.  Tədbirdə gözdən əlil oxucular və kitabxananın əməkdaşları iştirak edirdi. Tədbirin moderatorları Zəkəriyə Qurbanov və Ayxan Hüseynov, açılışda Cəmşid Əmirovun həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verdikdən sonra, 1 saat ərzində tədbir iştirakçıları ilə birlikdə yazıçının əsərlərini müzakirə etdilər. Yazıçı Cəmşid Əmirovun “Sahil Əməliyyatı”, “Brilliyant Məsələsi”, “Qara Volqa”, və “Şəhər Yatarkən” əsərlərində real obrazların təsvir olunması, XX əsrin 50-60-cı illərinin real mənzərəsi, xalqın birliyi və milis məfərlərinin cinayətkarlarla mübarizəsi bütün detalları ilə öz əksini tapmışdır. Azərbaycan ədəbiyyatına yenilik gətirmiş Cəmşid Əmirov, XX əsrin klassiklərindən birinə çevrilib. Əlavə məlumat üçün qeyd edək ki, yazıçı Cəmşid Əmirovun yuxarıda adları çəkilən əsərlərinin işıqüzü görməsində, Bakı Şəhər Milis İdarəsi Cinayət-Axtarış şöbəsinin Baş Əməliyyat Müvəkkili, Rayon Milis Şöbəsinin  Rəisi, Kapitan Əli Eəsulov və Bakı Şəhər Milis İdarəsi Cinayət-Axtarış Şöbəsinin Rəisi, Polkovnik-leytenant Səfərəli Rüstəmovun əvəzolunmaz rolu olub. Bundan başqa, əsərlərin ərsəyə gəlməsində məhkəmə arxiv materiallarından da, istifadə olunub. Yazıçının “Sahil Əməliyyatı” povesti əsasında, “İstintaq Davam Edir” (1966) və “Qara Volqa” əsəri əsasında, “Qara volqa” (1994) filmləri çəkilib. “İstintaq davam edir” filminin çəkilməsində, Ulu Öndərimiz, Ümummillilider Heydər Əliyevin çox böyük dəstəyi olub. O, filmin çəkilişində istifadə olunan karter və helikopterləri təşkil edib.

Tədbirdədəyərli oxucularımızdan,  İgidəliyev Rövşən, Hüseynov Kamal, Qurbanov Nicat, Cəfərov Eltun müzakirələrdə aktiv çıxışları ilə fərqləndilər. Xüsusəndə, Rövşən müəllimin “Qara Volqa” adlı cinayətkar dəstənin Robinqutla müqaisəsi, tədbirdə yadda qalan ən maraqlı məqamlardan biri oldu.

Tədbirimizdə iştirak edən bütün oxucularımıza Təşəkkür Edirik.

 

Qeyd:

Əziz oxucular!

Yazıçı Cəmşid Əmirovun “Sahil Əməliyyatı”, “Brilliyant Məsələsi”, “Qara Volqa” və “Şəhər Yatarkən” əsərləri, audio formatda Respublika Gözdən Əlillər Kitabxanasında mövcuddur. Oxumağınızı tövsiyə edirik.