Respublika Gözdən Əlillər Kitabxanasında 27 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan direktor Şəhla xanım Vəliyeva bildirdi ki, XX əsrin faciəsi olan Xocalı soyqrımı hadisəsi aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə Azərbaycan xalqına deyil, bütün insanlara, […]
