Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur[5].1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır[2]. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət […]
