13 noyabrın dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur.
Bu günün Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunması Valentin Qayuininin adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açan Qayuin, ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.
Azərbaycanda Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. 1981-ci il iyunun 1-də Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin cəmiyyətin tabeliyində “Mərkəzi Respublika Korlar Kitabxanası” fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Tam fiziki imkansız olanlara isə səyyar kitabxana xidməti göstərilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Hal-hazırda ölkəmizdə 30 mindən çox görmə qüsurlu şəxs var.
Foto – Ramil Zeynalov © APAHOLDİNG