15 oktyabr 2011-ci il tarixində Respublika Gözdən Əlillər kitabxanasının 30 illik yubileyinə həsr olunmuş tədbir həyata keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla xanım Vəliyeva qonaqları salamlamış, çıxışına kitabxananın yaranma tarixindən başlamış və gözdən əlillərin inkşafına verdiyi töhfələrdən danışmışdır.
Daha sonra Şəhla xanım kitabxananın yaranma ideyası və ümumilikdə fəaliyyət dövrü ərzində qazandığı uğurlardan bəhs etmişdir. Şəhla xanım həmçinin cənab Əbülfəz Qarayevə, onun müavinlərinə və kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədovaya kitabxanaya göstərdikləri həssaslıq və qayğıya görə minnətdarlığını bildirdi.
Sonra təbrik üçün söz Gözdən Əlillər Cəmiyyətinin keçmiş sədri Arif müəllimə verildi. Arif müəllim kitabxananın yaranması ilə bağlı xatirələrini qonaqlarla bölüşdü. Bu gün kitabxananın 30 illik yubileyinin keçirilməsindən həyəcan duyduğunu ifadə etdi. Həmçinin Arif müəllim çıxışında kitabxananın ilk direktoru olmuş Səyyarə xanımın işçilərinə diqqət və qayğısından, işinə olan məsuliyyətindən bəhs etdi.
Sonra söz Gözdən Əlillər Cəmiyyətinin hazırki sədri Səmyar müəllimə verildi. O, təbrik çıxışından sonra Şəhla xanım Vəliyevanı göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif etdi və kitabxanaya öz hədiyyələrini təqdim etdi.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Samir müəllim,Gənclər kitabxanasının direktoru Tahir müəllim, Gözdən Əlillər Cəmiyyətinin Səsyazma studiyasının direktoru Mayis müəllim, Gözdən Əlil Uşaqlar Üçün Musiqi Məktəbinin direktoru Əsab müəllim və həmin məktəbin Həmkarlar İttifaqının sədri Aliyə xanım, kitabxananın işçisi Nazlı xanım öz çıxışlarında Respublika Gözdən Əlillər Kitabxanasının bütün kollektivini yubiley münasibəti ilə təbrik etmişlər.
Tədbir əyləncəli musiqi nömrələri və rəqslərlə davam etmişdir.