Azərbaycanın hər yerində olduğu kimi Respublika Gözdən Əlillər Kitabxamasında da Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir 11 may 2010-cu ildə təşkil olundu. Tədbir iki hissədən ibarət idi
Birinci hissədə kitabxananın direktoru Şəhla xanım Vəliyeva bu günün əhəmiyyətindən danışdı. Sonra söz Yeni Azərbaycan Partiyasının Nərimanov rayon şöbəsinin mədəniyyət işləri üzrə müavini Nizami müəllimə verildi. O, öz nitqində Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi səmərəli fəaliyyətindən və millətini canı və qanı ilə sevməsindən danışdı. Sonra söz tarixi müəllimi politoloq Rasim Məmmədova verildi. O, Ulu öndərimizin Azərbaycan tarixindəki danılmaz fəaliyyətindən söz açdı. Onun vətəni və xalqı uğrunda keçdiyi keşməkeşli yollar haqqında danışdı.
      Tədbirin ikinci hissəsi “Heydər Əliyev və bilik” yarışması ilə davam etdirildi. Yarışmada Gözdən Əlillər üçün Orta İnternat məktəbinin X, XI və XII sinif şagirdlərindən ibarət beş komanda yarışırdı. Yarışmanın məqsədi yeniyetmələrin bilik və bacarıqlarını üzə çıxartmaqdan ibarət idi. Yarışma test üsulu ilə təşkil olunmuşdu. Gözdən Əlillər Cəmiyyətinin Səsyazma studiyasının direktoru, filoloq Mais Muradov, ədəbiyyat müəllimi Vaqif Vəliyev və tarix müəllimi Rasim Məmmədov münsiflər heyyətində iştirak edirdilər. Suallar azərbaycan-dili, ədəbiyyat və tarix fənlərini əhatə edirdi. Yarışmada iki komanda uğur qazandı. X sinfindən Abdullazadə Azər, Nadirov Elvin, Əkbərli Amal, Kərimov Tural və Seyidov Firuz şagirdlərdən ibarət komanda və XII sinifdən Mikayılov Ülvi, İgidəliyev Rövşən, Əliyeva Yeganə, İsmayılov Fikrət və Qurbanova Xeyransanın iştirak etdiyi komanda yarışmanın qalibi oldular. Qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
      Tədbirin təşkilatçısı Nazlı Əliyeva Tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi və qaliblərə yeni uğurlar arzuladı. Sonda xatirə şəkilləri çəkdirildi.