Bu kitabxanada ən gənc oxucunun 6, yaşlısının isə 82 yaşı var!
Dünya işıqından məhrum olsalarda, onların həyat, yaşamaq, inkişaf həvəsi sönməyib, bir sözlə, bəsirət gözləri açıqdır.Sanki oxuduqları əsərlərin qəhrəmanlarından ilham alırlar. Bəzi qəhrəmanlardan fərqli olaraq bədbin görünməyi, məğlub olmağı heç sevməzlər. Sözün əsl mənasında və birmənalı olaraq onlarıanadangəlmə müsbət qəhrəmanlar adlandırsaq, heç də yanılmarıq. Belə qətiyyətlə danışmağmızın səbəbi müsahibim
-Nazlı xanım oldu. O qədər qeyri-adi enerjiyə, yüksək ovqata, ruh halına, elmə sahibdir ki, bunu sözlə təsvir etmək belə çətindir. Gərək həmsöhbət olasan! Elə bizim kimi… Nazlı Əliyeva 15 ilin kitabxanaçısıdır. Özüdə elə Respublika Gözdən əlillər Kitabxanasında… I qrup gözdən əlil olan müsahibim hələ orta məktəbdən bu kitabxananın fəaliyətinnən yararlanıb.
Bir az da Brayl əlifbasından
Lui Brayl- fransız yazıçısı- gözdən əlil olub, bu əlifbanı icad etdiyi üçün onun adı ilə bağlıdır.Uzun illərdir ki, dünyada Brayl əlifbasından bütün gözdən əlillər istifadə edirlər.Burada bütün hərflər, rəqəmlər, işarələr 6 nöqtənin əsasında yazılır. Kitabxanada olan brayl nəşrləri-nağıllar, atalar sözləri, romanlar, klassik ədəbiyyat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə nəşr olunur. Bir sözlə, ölkəmizdə bu mədəniyyət müəssisəsinin analoqu yoxdur.
Brayl əlifbası ilə Qurani-Kərim
Dünyanın müxtəlif ölkələrində müxtəlif dillərində Qurani-Kərim nəşr olunub və bu gərəkli iş davam etməkdədir. Xeyirxah Təşəbbüs Gözdən Əlillər kitabxanasından da yan keçməyib. Kitabxana oxucularının Tanrı kəlamına ehtiyacını düşünərək öz studiyasında müqəddəs kitabın Azərbaycan dilinə tərcüməsini həm CD variantında səsləndirib, həmdə Brayl əlifbası ilə nəşr edib.
Xidmət bununla bitmir
Gözdən əlillər kitabxanası həm də abutiriyentlərin ali məktəbə hazırlaşmaları məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərs vəsaitlərinin CD formatını hazırlayır.
Fondumuzda nə qədər kitab var?
Rus, Türk və Azərbaycan dilində iyirmi üç min kitabımız var. İyirmi üç min kitabın içində görməyənlər üçün olanlar üstünlük təşkil edir. “Danışan” kitablar kütləvi istehsal edilmədiyindən və onların istifadəçisi gözdən əlillər olduğundan fonda yeni kitabların mədaxili nisbətən ləng gedir.