Gözdən əlillər üçün Respublika Kitabxanasında vaxtaşırı müxtəlif mövzularda işlər, dövlət bayramları, tarixi günlərlə bağlı, istərsə də müxtəlif sahələrdə adətən tanınmış insanlarla, şair və yazıçılarla, aktyorlar və digər simalarla görüş-lər keçirilir. Gözdən əlil oxucuların belə görüşlərə ehtiyacını, onların istəklərini nəzərə alaraq, belə tədbirlər keçirilir. Fəal oxucuların sualları, arzuları və diskusiyaları şəklində keçirilən belə tədbirlər maraqla qarşılanır.
Kitabxanada belə tədbirlərdən biri də 8 may 2009-cu ildə keçirildi. Tədbir bir neçə tarixi hadisə ilə yadda qalan günlərə təsadüf etdiyindən təşkilatçı və aparıcı Nazlı Əliyeva çalışdı ki, qısaca da olsa hər bir gün haqda ətraflı məlumat verərək qonaqların çıxışlara da yer verdi. İlk olaraq, Şuşa şəhərinin və bütün Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şuşa şəhərində baş verən hadisələr, törətdikləri qırğınlar, mənfur qonşularımızın başımıza gətirdikləri hadisələr yad edildi. Sonra 9 may faşizm üzərində qələbənin il dönümünü qeyd olunmasından, qələbədə Azərbaycanın xüsusi rolundan danışılmışdır. Kitabxananın direktoru Şəhla xanım Vəliyeva öz nitqində ulu öndərin həyat və fəaliyyəti ilə bağlı gördüyü işlərdən danışdı. Lidermizin gənclərə tövsiyyələrini qeyd etdi. Gözdən əlillər Cəmiyyətinin vitse prizidenti Bəybala İbadullayev öz çıxışında Azərbaycanın dövlət xadiminin daxili və xarici uzaq görən siyasi fəaliyyətini oxucuların diqqətinə çatdırdı.
Nazlı Əliyeva xalqımızın böyük oğlunun kitabxanalar haqqında dediyi fikirləri “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Sitat gətirərək,Ümummilli liderimiz sahələrlə yanaşı elmə,mədəniy-yət xüsusi diqqətini xatırlatdı. Tədbirin ikinci hissəsi məktəb şagirdlərinin arasında keçirilən şer müsabiqəsi ilə davam etdi.
Müxtəlif mövzularda yazılan bu şerlər uşaqların qəblərinin döyüntüsü, hiss və duyğularını sətirlərə köçürüb oxucuların diqqətinə çatdırdılar. Müsabiqədə münsiflər heyətinin Gözdən əlillər Cəmiyyətinin Bakı şəhər təşkilatının sədri Əliyev İsrafil, şairə Sevda xanım Dəlidağlı, ədəbiyyat müəllimi Vəliyev Vaqif şagirdlər arasında nisbətən qafiyəsi, vəzni, mövzusu ilə seçilən şerlər seçilərək hədiyyələrlə mükafatlandırıldı.
Birinci yeri Ceyhun, ikinci yeri Gövhər və Elnur, üçüncü yeri Şəhriyar, Zəkəriyyə və Mənsur tutdular. Müsabiqənin təşkili çox zövqlə qaşılandı. Oxuular belə müsabiqələrin tez-tez keçirilməsini tövsiyyə etdilər. Proqrama aşıq Nərimanın sazda ifa etdiyi havalar rəng qatdı.
Sonra Heydər Əliyev cənabları haqqında yazılan yeni kitabların sərgisi nümayiş etdirildi. Tədbirin sonunda Nazlı Əliyeva qonaqlara və iştirakçılara kitabxana kollektivi, rəhbərlik həm də öz adından təşəkkür bildirdi.