Gözdən Əlillər üçün Respublika Kitabxanasında vaxtaşırı keçirilən görüşlərdən biri də 12 dekabr 2011-ci il tarixində baş tutdu.Bu dəfə kitabxananın qonağı İlahiyyatçı alim Elşad Miri idi. Elşad bəy kitabxananın kollektivi ilə səmimi söhbət keçirdi və kitabxanaçılardan Kəmalə Quliyeva, Nazlı Əliyeva və Mahirə Şəmsiyevanın suallarını cavablandırdı. Bundan başqa Elşad Miri təsisçisi və baş redaktoru olduğu “DƏVƏT” jurnalının yeni saylarını da kitabxananın fonduna hədiyyə etdi. Həmçinin “DƏVƏT” -in Respublika Gözdən Əlillər Kitabxanasının studiyasında kitabxananın fondu üçün səsləndirilən oktyabr sayı cd şəklində qonağa təqdim olundu. Elşad bəy mətbuatda ilk dəfə bir jurnalın səsləndirilməsindən və bunun da məhz “DƏVƏT” jurnalı olmasından məmnunluq duyduğunu bildirdi. Sonda Respublika Gözdən Əlillər Kitabxanasının Kollektivi Elşad bəyə gəldiyi üçün minnətdarlıqlarını bildirdilər və qonaqla xatirə şəkilləri çəkdirdilər.