Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşları vaxtaşırı olaraq, oxucuların təklifləri əsasında müxtəlif incəsənət insanları, o cümlədən, aktyorlar, müğənnilər, yazıçı və şairlərlə görüşlər keçirir. Belə tədbirlərdən biri də, 19 aprel 2010-cu il tarixdə Azərbaycan xalq şairi aşıqlar birliyinin sədri Zəlimxan Yaqubla Gözdən Əlillər Cəmiyyətinin akt zalında təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev açaraq, ilk növbədə Zəlimxan bəyə dəvəti qəbul edib gəldiyinə görə öz minnətdarlığını bildirdi və Cəmiyyətin fəaliyyəti haqqında qısa məlumat verdi. Sonra söz Səsyazma studiyasının direktoru Mais Muradova verildi. O, öz çıxışında Zəlimxan müəllimin həyat və fəaliyyətindən söz açaraq, yaradıcılığının müxtəlif janrlarına toxundu. Şeirlərindən stat gətirdi. Tədbirin təşkilatçısı və aparıcısı Nazlı Əliyeva həm öz adından həm də kitabxananın direktoru Şəhla xanım Vəliyevanın adından dəvətimizi dəvətimizi qəbul edib gəldiyi üçün öz təşəkkürünü bildirdi. Nazlı xanım şairi 60 illik yubileyi münasibəti ilə öz adından və oxucuların adından ürəkdən təbrik edərək ona uzun ömr, can sağlığı və yaradıcılıq uğurları arzuladı. Söz Zəlimxan Yaquba verildi. O, tamaşaçıların alqış sədaları altında onları salamladıqdan sonra öz şerlərini söyləyərək, əlil insanlarla görüşdüyü üçün öz məmnunluğunu bildirdi. Tədbir Yuneskoda Azərbaycan aşıq sənətini təmsil etmiş aşıqlar birliyinin üzvi aşıq Raminin çıxışı ilə davam etdi. Aşıq Ramin öz ifası ilə tamaşaçıların zövqünü oxşadı. 38 saylı musiqi məktəbinin şagirdləri tədbirdə fəal iştirak edirdi. Xatirə Hacıyevanın ifasında Zəlimxan müəllimin sözlərinə yazılmış mahnı tədbirə rəng qatdı. Sonra Fatimə və Aysel Əlizadə Zəlimxan müəllimin şerlərini intonasiya ilə söylədilər. Söz Aşıqlar Birliyinin üzvi aşıq Əşrəfə verildi. Onun məlahətli səsi və gözəl saz ifası alqışlarla qarşılandı. Kəlbəcərdən olan şairə Sevda Dəlidağlı yenicə işıq üzü görmüş “Bir ata itirmişəm” adlı kitabını Zəlimxan müəllimə hədiyyə edərək, öz xoş arzularını bildirdi və Zəlimxan Yaquba itihaf etdiyi şerini söylədi. Tədbir şagirdlərin ifasında davam etdirildi. Aysel Əlizadə Zəlimxan müəllimin sözlərinə yazılmış mahnısını musiqi müəllimi İlqar Əhmədovun piano müşaəti ilə ifa etdi. Söz yenidən aşıqlara verildi. Onlar öz deyişmə havaları ilə məclisi daha da canlandırdılar. Əli Mütəllimov və Aysel Əzizova “Ey Allahı sevənlər” şerini iştirakçıların diqqətinə çatdırdılar. Söz yenidən Zəlimxan müəllimə verildi. O, yenicə yazmış şerlərini ilk olaraq bu görüşdə söylədi və bu görüşdən mənəvi zövq aldığını, gözdən əlillərin ziyarətinə gəlməyi özünə borc bildiyini söylədi. Zəlimxan müəllimin sazda çalıb-oxuması tədbirin daha da möhtəşəm keçməsinə səbəb oldu. Şair öz yenicə işıq üzü görmüş bir neçə kitabını Respublika Gözdən Əlillər Kitabxanasına hədiyyə etdi. Bu hədiyyə oxucuların sevnc və marağına səbəb oldu. Sonda Nazlı Əliyeva tədbirin aparıcısı və təşkilatçısı olaraq həm öz adından həm də kiytxananın direktoru Şəhla xanım Vəliyeva adından Zəlimxan müəllimə dəvətimizi qəbul edib gəldiyi üçün oxucularımıza belə gözəl anlar bəxş etdiyi üçün dərin minnətdarlığını bildirdi. Nazlı xanım Əliyava gözdən əlil uşaqlar üçün 38 saylı musiqi məktəbinin şagird və müəllim kollektivinə tədbirlərimizdə yaxından iştirak etdikləri üçün təşəkkür etdi.