Novruz (farsca yeni gün mənasındadır) şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə düşür. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir Novruz bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda geniş qeyd edilir. Respublika Gözdən Əlillər Kitabxanasında da Novruz Bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə kitabxananın direktoru Şəhla xanım, kollektivi bayram münasibətilə təbrik etmiş və Novruz bayramının tarixi barədə tədbir iştrakçılarına maraqlı məlumatlar vermişdir. Həmçinin kitabxananın işçilərindən Nazlı xanım təbrik çıxışında Novruz inanclarından, ilaxır çərşənbələrdən söhbət açmışdır.Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir.