Gözdən əlillər üçün Respublika Kitabxanasında Konstitusiya günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı Nazlı Əliyeva tədbiri giriş sözü ilə açaraq bu günün əhəmiyyətindən və Ümummilli lide- rimiz Heydər Əliyevin rəhbərliyi altında bu qanunun qəbulundan geniş çıxış etmiş- dir. Tədbiri Nərimanov rayon YAP-ın sədr müavini öz məruzəsində ulu öndərin bu aktın qəbulu zamanı gördüyü mühüm işlərdən danışaraq onun xalqımız üçün hər şeyi qurban verməsindən danışmışdır.
  AzGƏC-in Səsyazma studiyasının direktoru M.Muradov tədbiri davam etdirərək qanuna edilən dəyişikliklərdən və dövlət başçısının gördüyü mühüm işlərdən geniş nitq söyləmişdir.
  Tədbir məktəblilərin dövlətçiliyimizi əks etdirən şeirlərdən və konstitu- yanın bəndlərindən əzbər söyləmişlər. Tədbir oxucuların diqqət və marağı ilə ba- şa çatmışdır. Sonda N.Əliyeva qonaqlara öz müdiriyyəti adından təşəkkür edərək, H.Əliyevin həyat və fəaliyyəti ilə bağlı kitab sərgisini nümayiş etdirmişdir.