21 dekabr 2007-ci il tarixində Gözdən Əlillər üçün Respublika Ki- tabxanasında şairə Gülayə xanım Şınıxlı ilə görüş keçirilmişdir. Gülayə xanım öz yeni işıq üzü görmüş kitabını kitabxanaya hədiy- yə etdi. Şairənin şeirləri oxucular tərəfindən maraqla qarşılandı. Məclisin digər sazlı-sözlü qonaqlarının çıxışları da oxucuların zövqünü oxşadı. Şairə Sevda Dəli- dağlı cənubi Azərbaycandan gəlmiş şair Əsədullahi öz yeni şeirlərini oxudular. Aşıq Nəriman ilə aşıq Əjdərin sazda ifa etdiyi qədim el havaları məclisi daha da canlandırdı. Bu rəngarəng görüş milli ruhda olduğu üçün oxucuların könlünü oxşadı. İctimai radionun “Telli saz” verlişinin aparıcısı Qorxmaz bəy saz sənətinin rəngarəngliyi və qədimliyi haqqında oxucuları məlumatlandırdı. Sonda tədbirin təşkilatçısı və aparıcısı kitabxanaçı Nazlı Əliyeva dəvəti qəbul edib gəldik- lərinə və gözəl çıxışlarına görə qonaqlara kitabxana rəhbərliyi və öz adından təşək- kürünü bildirdi. Oxuculara öz minnətdarlığını bildirərək tədbiri yekulaşdırdı.