Gözdən əlillər üçün Respublika Kitabxanasının təşəbbüsü ilə respublikanın xalq artisti Rasim Balayevlə görüş keçirilmişdir. Görüşü kitabxanaçı Şəmşiyeva Mahirə təşkil etmişdir. Giriş sözü ilə qonağı Azərbaycan Gözdən əlillər Cəmiyyətinin Prezidenti Səmyar Abdul- layev salamladı. Ona bu dəvəti qəbul etdiyi üçün dərin təşəkkürünü bildirdi. Ona öz ürək sözlərini söylədi.
Sonra söz qonağa verildi. Rasim müəllim gözdən əlil oxucuların görüşünə böyük sevinclə gəldiyini bildirdi. Həm teatr, həm kino fəaliyyəti haq- qında geniş məlumat verdi. Başına gələn əhvalatlardan böyük fərəhlə danışdı. Oxucuların saysız-hesabsız sualları var idi. Onlardan Əzizağa Hüseynov, Süleyman Quliyev, Tofiq Balayev və s. oxucular qonağa maraqlı suallar verdi- lər. Qonaq hər bir suala böyük səmimiyyətlə cavab verdi. Oxuculardan Mütalib öz gözəl, həm də kədərli bir şeri ilə zaldakı- ları riqqətə gətirdi. Şer qonağın çox xoşuna gəldi. Belə istedadlı əlil insanların varlığına sevindi. 
Oxucular qonağa ən çox “Babək” filmindən maraqlı suallar verdi- lər, hətta ondan bir qəzəl deməsini də xahiş etdilər. 
   Qeyd edək ki, Rasim Balayev “Nəsimi” filminə görə ən yaxşı “kişi rolu” adını alıb. Bir oxucu bildirdi ki, onun bütün roları ən gözəl ada layiqdir və o sözün əsl mənasında sənətkardır. 
   Tədbiri son sözlə AzGƏC-in vitse-prezidenti Bəybala İbadullayev yekunlaşdırdı. Qonağa dəvəti qəbul edib gəldiyinə görə öz təşəkkürünü bildirdi. Azərbaycan kinosu, xalqı üçün lazım olduğunu vurğuladı. Görüşdən çox məm- nun qalan qonaq hamıya təşəkkürünü bildirdi.
12345Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz