Tədbiri giriş sözü ilə açan Nazlı Əliyeva iştirakçıları salamlayıb mətbuat günü- nün yaranması tarixi, Həsənbəy Zərdabinin həyat və fəliyyəti haqda məlumat verdi. “Əkin-çi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının xalq arasında yaratdığı maraqdan danışdı. Sonra söz radionun qocaman diktoru Eldost Bayrama söz verildi. O, bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, Mətbuatın dövlətçiliyimizin möhkəmləndirilməsində mə- nəvi dayaq olduğunu diqqətə çatdırdı. Bəybala İbadullayev son illər cəmiyyətdə gedən müsbət proseslərə toxunaraq, kütləvi informasiya texnalogiyalarının gözdən əlillərin geniş istifadəsinə verilməsindən və əlillərin internetə sərbəst çıxışının təmin olunmasından danış- dı. Çıxış üçün söz Mais Muradova verildi. O AzGƏC-də yenicə təşkil olunmuş Səsyazma Studiyasının fəaliyyətindən danışaraq yenicə lentə alınmış Şeyx Məhəmməd İbn Həsən Hürr Amilin “Hədisi Qüds” əsərini oxucuların istifadəsinə verdi. Milli radionun əməkdaşı Zərifə Ağayeva öz çıxışında dünəni, bu günü və gələcək prespektivləri haqda da danışdı. AzGƏC-in Səsyazma Studiyası ilə əməkdaşlığından məmnun qaldığından, kitabxananın fəaliyyəti ilə tanışlığından razı qaldığından diqqətə çatdırdı. Tədbirin şair qonaqlarına söz verildi. Onlar da bayram münasibəti ilə hamını təbrik etdikdən sonra öz şer töhfələrini işti- rakçılara ərməğan etdilər. Tədbirdə kitabxananın kiçik oxucularından olan Aysel Əlizadə özünün şer payını təqdim etdi. Həmçinin digər oxucuları arzu və istəklərini, təkliflərini nə- zərə çatdırdılar. Onlar göstərdikləri xidmətə görə kitabxana rəhbərliyi və kollektivinə min- nətdarlığını bildirdilər. Sonda Nazlı Əliyeva dəvəti qəbul edib yaxından iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib tədbiri bağlı elan etdi.