Respublika Gözdən Əlillər kitabxanasının təşəbbüsü ilə Gözdən Əlillər Cəmiyyətinin klubunda milli poeziyamızın görkəmli şairlərindən olan Vahid Əziz və Milli Akademik Dram Teatrının aktyoru Cəfər Namiq Kamalla gö- rüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Cəmiyyətin prezidenti Səmyar Abdullayev açdı. Qonaqları salamladı və ona öz təşəkkürünü bildirdi ki, zəhmət çəkib gözdən əlil oxucuların görüşünə gəlib. Sonra sözü tədbirin təşkilatçısı, kitabxananın işçisi Mahirə Şəmşiyevaya verdi. Mahirə xanım da hamını salamladı, qonaqlara səmimi təşəkkürünü bildirdi. Tez də olsa Vahid Əzizin ad gününü təbrik etdi, ona can sağ- lığı arzuladı. Gözdən Əlil oxucuların arasında yazarlar da var idi. Onlardan gözəl şairə Sevda Dəlidağlı öz ürək sözlərini Vahid müəllimə söylədi. Öz yazdığı şeri oxudu. Gəldikləri üçün qonaqlara öz təşəkkürünü bildirdi. Oxuculardan Nigar, Ali- də, balaca oxuculardan Kəmalə, Şəhla, Fəridə Vahid Əzizin yazdığı şeri oxudular. Musiqi məktəbinin müəllimi Kifayət xanım Vahid müəllimin sözlərinə yazılmış “İncimə” mahnısını oxudu. Gözdən Əlil yazarlardan Ülkər xanım Vahid müəllimə yazdığı “Görüşünə gəlmişəm” şeirini oxudu. Ona öz ürək sözlərini söylədi.
Şair Mütalib Vahid müəllimin diqqətini daha çox çəkdi. Onun oxuduğu şeri çox bəyəndi. Oxucuların sualları başlandı. Hər bir suala Vahid Əziz geniş cavablar verdi. Cəfər Namiq Kamal gülüş bəxş etdi. Söylədiyi üç monoloq oxu-cuları gülüşlərə qərq etdi. Vahid müəllim də öz növbəsində yazdığı yeni şerlərini oxudu. Tədbir başa çatmaq üzrə idi. Qonaqlar bu görüşdən razı qaldıqlarını bildirdilər. Rəsmi hissədən sonra qonaqlar çay süfrəsinə qonaq oldu. Qonaqları böyük hörmətlə yola saldıq.