REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


KALENDAR
«  Fevral 2013  »
BeÇaÇCaCŞəBa
    123
45678910
11121314151617
18192021222324
25262728
    Ana səhifə » 2013 » Fevral » 14 » MİRAS Gənclər Gününü Gözdən Əlillər Kitabxanasında qeyd etdi
    18:16
    MİRAS Gənclər Gününü Gözdən Əlillər Kitabxanasında qeyd etdi

    MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2 fevral - Gənclər Günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanasında oxucularla görüş keçirib.Gün.Az xəbər verir ki, görüşdə kitabxana direktorunun müavini Tofiq Balayev çıxış edərək 2012-ci ilin mayından başlayaraq MİRAS İB ilə əməkdaşlıqda həyata keçirilən "Xeyirxah oxucu” layihəsinin gedişi haqqında məlumat verib. Məlumat üçün deyək ki, layihə çərçivəsində MİRAS İctimai Birliyinin üzvləri könüllü olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün kitabların səsləndirilməsində iştirak edir. Eləcə də layihədə iştirak edənlərə audiokitabların hazırlanması, montaj və s. proseslər öyrədilir.


    Tofiq Balayev hazırda kitabxananın 5000-ə yaxın oxucusunun, 10000-ə yaxın kitab fondunun olduğunu vurğulayıb.

    "Oxucular kitabxanalara ən müxtəlif ədəbiyyat üçün müraciət edirlər, burada evlərə xidmət də təşkil olunub. Kitabxanadakı kitabların müəyyən hissəsi sovet dövründən qalma, kiril əlifbası ilə olan kitablardır. Bundan başqa, Brayl əlifbası (görmə məhdudiyyəti olan insanlar üçün xüsusi əlifba) ilə olan kitablar zaman keçdikcə sıradan çıxır və oxunmaz hala gəlir”.

    Sədr müavini həmçinin kitabxananın Braylt çap maşınına ehtiyacı olduğunu da deyib.

    MİRAS İB sədrinin müavini Arzu Soltan bugünkü görüşün layihənin gedişi ilə tanış olmaq, gənc oxucuların ehtiyaclarını öyrənmək, layihəyə yeni üzvlərinin cəlb olunması məqsədi daşıdığını vurğulayıb.

    Sonda çıxış edən MİRAS İB-in sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Xeyirxah oxucu” layihəsinin artıq yeni mərhələyə keçdiyini qeyd edib.  O, Gözdən Əlillər Kitabxanası ilə əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyini, bugünkü görüşdə səsləndirilən fikirlərin nəzərə alınacağını vurğulayıb. Həmçinin bu istiqamətdə MİRAS İB-in imkanları çərçivəsində olan işlər görüləcəyini, birgə layihələrin hazırlanacağını diqqətə çatdırıb.

    Daha sonra isə kitabxanaya MİRAS İB-in istehsalı olan nəşrlər və filmlər hədiyyə olunub.

    Baxılıb: 1463 | Əlavə etdi: gerkaz | Reytinq: 0.0/0
    Cəmi komment: 1
    1  
    Siz spirtli biliirk hee7, Linda. Mən, həqiqətən, yaxşı onilliklər AA iclaslarında bir e7ox insanlar tərəfindən şok olduğunuz, sonra işdən sonra bir pivə fce7fcn dayandırmaq və bfctfcn itirmək. Mən aprel ayında Ohayo geri zaman, mənim AA dostlar bir-iki f6lfc olacaq. Saat mexanizmi kimi olur.Mən yazılı olduğumu, Mən nəzərə onlar da almaq hee7 vaxt iman edən AA dostlar saxlamaq, hər şey amma bir kaybeden kimse hee7 vaxt. Və onlar əfv hee7 vaxt ki,. Mən gf6rfcşlərdə mənim kie7ik hekayə demək zaman, bu ziyana uğrayanlardır cədvəl fczrə sf6zfcn yağsız, və nəzər, və qulaq asmaq. Bu mfcrəkkəb və ya preachy deyil şəkildə f6z mfcbarizə sf6z verir və əlavə, Mən e7ox yaxşı e7ıxdı. : )Yanında asan bir son var, nə ki var, gere7ek bir hekayə deyil, e7fcnki, və əsl alkoqoliklər yalnız kimi itidal bir nee7ə yaxşı ay məhv edə bilər. Yalnız kimi.Sizin sədaqət fce7fcn təşəkkfcr edirik 48 səhifələr, və hesablama.

    Yorum yazmaq üçün gərək qeydiyyatdan keçəsiniz
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----