REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


    Ana səhifə » Tədbirlər » Tədbirlərin arxivi

    Xocalı faciəsini unutmayaq!
    13.02.2013, 23:39

    1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi
    şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi
    ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd
    tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və
    ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir...


           Respublika Gözdən Əlillər Kitabxanasında bu insanlıq faciəsinin 20-ci ili ilə bağlı anma mərasimi keçirilmişdir.Mərasimi giriş sözü ilə açan kitabxananın direktoru Şəhla xanım Vəliyeva Xocalı soyqırımının insanlıq tarixinin son 100 ildə rastlaşmadığı bir faciə olduğunu qeyd edərək, bu cinayətdə 56 nəfərin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirldiyini, diri-diri yandırıldığını, körpə uşaqların gözlərinin çıxarıldığını, süngü ilə hamilə qadınların qarınları yarıldığını dərin kədər hissi ilə bildirmişdir.
    Daha sonra söz kitabxananın müdir müavini Tofiq Balayevə verildi.Tofiq müəllim çıxışında Xocalı faciəsini soyqırım kimi tanıyan Meksika və Pakistana təşəkkürünü bildirdi.Həmçinin o xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfərin qadın, 63 nəfərin uşaq, 70 nəfərin isə ahıl insanlar olduğunu qeyd etdi. Daha sonra mərasim işrtakçıları Xocalı faciəsində həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

    Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır! 

    Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz
    Baxılıb: 1064 | Загрузок: 0 | Коmmentlər: 3 | Reytinq: 2.5/2
    Cəmi kommentariyalar: 1
    1  
    c7ox content havin ilə hee7 pirloagsm və ya Hfcquqları pozulması hər hansı bir problem daxil edirsiniz? Mənim blog mən ya f6zfcm mfcəllifidir və ya kənar sonra tamamilə unikal tərkibi vardır lakin bir e7ox mənim icazəsi olmadan bfctfcn internet fczərində onu yaratma olunur gf6rfcnfcr. Əgər oğurlanmış olan ie7erik qarşı qorumaq fce7fcn hee7 bir texnika bilirsinizmi? Mən, həqiqətən, təşəkkfcr ederim.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----