REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


    Ana səhifə » Tədbirlər » Tədbirlərin arxivi

    Şəhidlər Xiyabanını ziyarət
    13.02.2013, 23:28
    Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Artıq "Qanlı Yanvar"ın 22-ci ildönümüdür. 22 il öncə Azərbaycan xalqının taleyində qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınılarının zoruna məruz qalmışdı. Xalq təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların altına atılmışdı. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. ... 
         1990-cı ilin 20 Yanvarından indiyədək hər il bu tarixi bir qayda olaraq yalnız kədər, hüzn, matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı ve sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Bununla yanaşı 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki,. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna qarşı sinəsini verməyi və deməli, özünün mənlik və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 
         Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Respublika Gözdən Əllilər Kitabxanasının direktoru Şəhla xanım Vəliyeva və kitabxananın işçi heyəti Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarları üzərinə qərənfillər qoyuldu. Əbədi Məşəl kompleksinin qarşısına da əklil qoyan Kitabxana kollektivi burada xatirə şəkilləri də çəkdirdi.

       
    Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz
    Baxılıb: 994 | Загрузок: 0 | Коmmentlər: 2 | Reytinq: 5.0/1
    Cəmi kommentariyalar: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----