REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


    Ana səhifə » Tədbirlər » Tədbirlərin arxivi

    Respublika Gözdən Əlillər kitabxanasının "Natəvan” klubunda keçirilən "Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimat mərasimi
    13.02.2013, 23:32
    26 yanvar 2012-ci il tarixində Respublika Gözdən Əlillər kitabxanasının müdir müavini Tofiq Balayev Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda keçirilən "Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimat mərasimində iştrak etmişdir.
    Tədbirdə "İRƏLİ” İctimai Birlyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Mətbuat Şurasının üzvü, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, "Ulduz” jurnalının baş redaktoru, 525-ci qəzetin redaktor müavini Seyfəddin Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin gənclər şurasının sədri Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, "Azərbaycan” jurnalının tənqid şöbəsinin müdiri Əsəd Cahangir, Azərbaycan Yazıçılar İttifaqının üzvü, əməkdar jurnalist, millət vəkili Aqil Abbas, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, "Airmed” şirkətinin rəhbəri Zaur Nadirov, həmçinin kitabda hekayələri dərc olunmuş gənc yazarlar iştirak etmişlər.
         Tədbiri giriş sözü ilə açan Rəşad Məcid mərasim iştirakçılarını salamlamış, "İRƏLİ” İctimai Birliyinin kitaba olan qayğısını təqdirəlayiq hesab etdiyini, "İRƏLİ” Ədəbi Məclisinin uğurlarında, həmçinin Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlığından söz açmışdır.
    Daha sonra çıxış edən Ceyhun Osmanlı layihənin ərsəyə gəlmə ideyasından, "Almanax”ın müasir Azərbaycan gəncinin ədəbi düşüncəsinin öyrənilməsi üçün yaratdığı imkanlardan danışmışdır. Xalq yazıçısı Çingiz Abdullayev çıxışında gənc yazarlara dəyərli tövsiyyələr vermiş, onları əziyyətə qatlaşmağa, yeniliklər etməyə çağırmış, kitablarının daha geniş oxucu kütləsi tərəfindən oxunulmasına nail olmaq üçün kitablarının dünya dillərinə tərcümə edilməsinin vacibliyini vurğulamışdır. Dünya şöhrətli yazıçı "İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə nəşr olunmuş və "Almanax” layihəsinin rəhbəri Orxan Muxtarlının müəllifi olduğu "Xaç kölgəsində” əsərini bəyənərək oxuduğunu və Azərbaycanda fentezi janrında ilk dəfə yazılmış bu əsəri tədqirəlayiq hesab etdiyini söyləmişdir.
         Sonda Orxan Muxtarlı tədbirə toplaşan və dəyərli fikirlərini paylaşan qonaqlara, həmçinin layihənin ərsəyə gəlməsində əməyi keçən bütün insanlara təşəkkür etmişdir.
         Nəşrlərdə 20-dən çox istedadlı gənc yazarın hekayələri, həmçinin filoloji təhlillər və tərcümələr yer almışdır.
         Qeyd edək ki, "Almanax” kitabı ənənəvi olaraq hər il nəşr edilir, bu il isə ilk dəfə olaraq audio kitab işıq üzü görmüşdür. "Almanax” kitabı, həmçinin audio kitab Respublika Gözdən Əlillər Kitabxanasının fondu üçün Tofiq müəllimə təqdim olundu.

     
    Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz
    Baxılıb: 784 | Загрузок: 0 | Коmmentlər: 3 | Reytinq: 0.0/0
    Cəmi kommentariyalar: 1
    1  
    Well we are looking at the tyarnts of now not the tyarnts of 1950 that was my point. Hitler and Stalin (and Mao) all have corpse numbers in the 11 figures, plus significant impact on the world outside their own jurisdictions. Why is Lenin never on these lists? He was really the first and originator of modern real life dystopia.(I agree about Mussolini, he is a mere honorable mention even compared to KJI)This decade's tyarnts are not even close.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----