REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


    Ana səhifə » Tədbirlər » Tədbirlərin arxivi

    Gözdən əlillər üçün Respublika Kitabxanasında Sevda Dəlidağlı ilə görüş
    13.02.2013, 22:30
      Gözdən əlillər üçün Respublika Kitabxanasında vaxtaşırı olaraqmüxtəlif incəsənət adamları ilə o cümlədən şairləryazıçılar və digər sənət sahibləri ilə görüşlər keçirilir. Tarixi günlərimiz qeyd olunur. Belə tədbirlərdən biri də 4 dekabr 2009-cu ildə Gözdən əlillər Cəmiyyətinin akt zalında qeyd olundu. Şairə Sevda Dəlidağlının yeni kitabının təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə kitabxananın əməkdaşı Nazlı Əliyeva açaraqSevda xanımın tərcmeyi halını oxucuların diqqətinə çatdırdı. Söz kitabın redaktoru şair Mirsəyyaf Zamanlıya verildi. Okitabın ərsəyə gəlməsindən geniş söhbət açdı. Filalogiya elmləri namizədi şair Adil Cəmil Sevda xanımın üçüncü kitabı olan "Bir ata itirmişəm” adlı kitabında olan şeirlərin müxtəlif mövzularda olmasından danışdı. Məclisdə aşıq qonaqlar da iştirak edirdi. Onların çaldığı qədim saz havaları oxucuların zövqünü oxşayırdı. Sonra söz Filalogiya elmləri namizədi İlham Məmmədliyə verildi. Oheç bir təhsil almayan Sevda xanımın fitri istedadından söhbət açdı. Növbəti çıxışçı şairə Gülayə Şınıxlı Sevda xanıma yazdığı şeirini söylədi. Şair xəqani Həbiboğlu kitabda olan vətən həsrətli şeirlərdən sitatlar gətirdi. Yazıçı publisist Məhəmməd Nərimanoğlu məhəbbət mövzusunda yazılmış şeirləri diqqəti çəkdi. Şairə Xatirə Yaşar Sevda xanımla birgə böyüdüyündən onun yaradıcılığının ilk illərinə də bələd olduğunu bildirdi. 14 saylı Kəlbəcər məktəbinin direktoru Polad müəllim Sevda xanımın şeirlərinin Kəlbəcər şairlərinin şeirlərindən toplum halında bir araya gəlmiş "Yüz şairin bir kitabı”"Bənövşə çələngi” adlı kitablarda çap olunmuş şeirlərinin də oxucular tərəfindən rəğbətlə qarşılanmasını söylədi. Şair Ələmdar Cabbarlı Sevda xanımın şeirlərində atayaanaya qardaşa olan dərin məhəbbət hisslərindən söhbət açdı. Söz Sevda xanım Dəlidağlıya verildi. Otədbirin təşkilatçılarına başda kitabxananın direktoru Şəhla xanım Vəliyeva olmaqla hər bir kəsə tədbirdə iştirak edən oxucularaqonaqlara öz dərin minnətdarlığını bildirdi. Sonda Nazlı Əliyeva Sevda xanıma yeni yaradıcılıq uğurları arzuladıhəm öz adından həm də Şəhla xanım Vəliyevanın adından Gözdən əlillər Cəmiyyətinin prizidenti Səmyar Abdullayev cənablarına öz dərin minnətdarlığını bildirdi. Gələn qonaqlara və oxuculara təşəkkür etdi.

      
    Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz
    Baxılıb: 1084 | Загрузок: 0 | Коmmentlər: 2 | Reytinq: 3.0/2
    Cəmi kommentariyalar: 1
    0
    1 Pierre  
    Ses canım allah acil şifalar versin. Sevda'nın ansnei ayağını kaybedecek ve bekliyorlar. nasıl ve ne kadar olacağına. c7ok doğru diyorsun canım Allah anne babalarımızı başımızdan eksik etmesin. Acılarını gf6stermesin. Tez zamanda iyi haberlerini duyarız anenin de inşallah Gee7miş olsun yeniden.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----