REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


    Ana səhifə » Tədbirlər » Tədbirlərin arxivi

    30 mart 2008 | Kitab təqdimatı
    13.02.2013, 21:24
    Tədbiri giriş sözü və Novruz bayramı münasibətilə təbriklə açan kitabxananın direktoru Şəhla Vəliyeva bildirdi ki, bu günkü tədbirimizin məqsədi Moskvadan alınmış "danışan” kitabların təqdimatıdır. Onu da deyim ki, bu kitabla- rın alınmasında təşəbbüskar və bilavasitə iştirakçı rəhbərlikdir. Yəni başda hörmət- li nazirimiz Ə.Qarayev, nazir müavini S.Məmmədəliyeva, kitabxana sektorunun rəisi L.Məmmədova və ən sonda gömrük məsələlərinin həllində C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir müəllimin əməyi bu işdə böyük olub. İndi isə kitablar haqqında azacıq məlumat verim. Ötən ilə kimi kitabxana rus dilli ədəbiyyatı Ümumrusiya Korlar Cəmiyyətinin Səsyazma Studiyasından alırdı. Keçən il isə Rusiyanın "Premyera” nəşriyyatı ilə ilk dəfə olaraq iş birliyi qurulmuş, müqavilə imzalanmış və bu il 202 adda, 380 nüsxə "danışan” kitab daha dəqiq desək, MP3 formatlı diskə yazılmış yeni ədəbiyyat əldə olunmuşdur. İstər mövzu baxımından, istərsə də poliqrafiya-tərtibat baxımından çox maraqlı və nəfis kitab- lardır. Hər bir kitab 1 və ya 2 diskdən ibarətdir. Disklərin üz qabığının iç hissəsin- də hər bir əsərin annotasiyası verilmişdir. Bu da oxucuya təklif olunan kitabların kitabxanaçı tərəfindən təqdimatı işini asanlaşdırır. Onu da qeyd edim ki, rus dilində alınan ilk MP3 formatlı kitablar olduğundan oxucular üçün müsbət cəhətlərini bir daha vurğulayım. Ən birincisi çəki etibarilə əvvəlki variantlardan, yəni audiokas- setlərdən yüngüldürlər. İkincisi bu və ən əsası 4 cığırlı audiokassetdən fərqli ola- raq, oxucuların xüsusi maqintafonlara ehtiyacı yoxdur. İstər CD player, istərsə də kompyuterdə oxutdurmaq mümkündür. Kitabların bir hissəsi hər bir oxucuya tanış olan kitablardır ki, bunlar «Школъная библиотека» seriyasında ümumiləşib. Məsələn: «Лучшее-детям», «Бестселлер», «Наша фантастика», «Зарубеж- ная фантастика», «Юмор», «Познай себя», «Современная проза», «Исто- риический роман». Tam əminəm ki, müxtəlif zövqləri olan demək olar ki, tələbkar oxucularımızın zövqünü oxşaya biləcək kitablardır.
    Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz
    Baxılıb: 1587 | Загрузок: 0 | Коmmentlər: 4 | Reytinq: 0.0/0
    Cəmi kommentariyalar: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----