REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


    Ana səhifə » Tədbirlər » Tədbirlərin arxivi

    23 iyul 2007 | 22 iyul Mətbuat gününə həsr olunmuş oxucu konfransı
    13.02.2013, 19:20
    Tədbiri giriş sözü ilə açan Nazlı Əliyeva iştirakçıları salamlayıb mətbuat günü- nün yaranması tarixi, Həsənbəy Zərdabinin həyat və fəliyyəti haqda məlumat verdi. "Əkin-çi” qəzetinin və "Molla Nəsrəddin” jurnalının xalq arasında yaratdığı maraqdan danışdı. Sonra söz radionun qocaman diktoru Eldost Bayrama söz verildi. O, bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, Mətbuatın dövlətçiliyimizin möhkəmləndirilməsində mə- nəvi dayaq olduğunu diqqətə çatdırdı. Bəybala İbadullayev son illər cəmiyyətdə gedən müsbət proseslərə toxunaraq, kütləvi informasiya texnalogiyalarının gözdən əlillərin geniş istifadəsinə verilməsindən və əlillərin internetə sərbəst çıxışının təmin olunmasından danış- dı. Çıxış üçün söz Mais Muradova verildi. O AzGƏC-də yenicə təşkil olunmuş Səsyazma Studiyasının fəaliyyətindən danışaraq yenicə lentə alınmış Şeyx Məhəmməd İbn Həsən Hürr Amilin "Hədisi Qüds” əsərini oxucuların istifadəsinə verdi. Milli radionun əməkdaşı Zərifə Ağayeva öz çıxışında dünəni, bu günü və gələcək prespektivləri haqda da danışdı. AzGƏC-in Səsyazma Studiyası ilə əməkdaşlığından məmnun qaldığından, kitabxananın fəaliyyəti ilə tanışlığından razı qaldığından diqqətə çatdırdı. Tədbirin şair qonaqlarına söz verildi. Onlar da bayram münasibəti ilə hamını təbrik etdikdən sonra öz şer töhfələrini işti- rakçılara ərməğan etdilər. Tədbirdə kitabxananın kiçik oxucularından olan Aysel Əlizadə özünün şer payını təqdim etdi. Həmçinin digər oxucuları arzu və istəklərini, təkliflərini nə- zərə çatdırdılar. Onlar göstərdikləri xidmətə görə kitabxana rəhbərliyi və kollektivinə min- nətdarlığını bildirdilər. Sonda Nazlı Əliyeva dəvəti qəbul edib yaxından iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib tədbiri bağlı elan etdi.
    Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz
    Baxılıb: 741 | Загрузок: 0 | Коmmentlər: 2 | Reytinq: 0.0/0
    Cəmi kommentariyalar: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----