REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


    Ana səhifə » Tədbirlər » Tədbirlərin arxivi

    21 sentyabr 2007 | Xalq artistləri Yaşar Nuri və Arif Quliyevlə görüş
    13.02.2013, 19:23
    Sentyabr ayının 21-də Respublikanın xalq artistləri Yaşar Nuri və Arif Quliyev Gözdən Əlillər üçün Respulika Kitabxanasına qonaq gəlmişdilər. Onu da qeyd edək ki,bu görüşü çox saylı oxucuların istəyi ilə təşkil etmişdik. Giriş sözü ilə qonaqları, oxucuları kitabxananın işçisi Mahirə Şəmşiyeva salamladı.Ha- mının müqəddəs Ramazan bayramını təbrik etdi, qonaqların təmənnasız gəlişi üçün onlara təşəkkürünü bildirdi. İlk söz Yaşar müəllimə verildi. O gözdən əlil oxucuları ürəkdən salamladı, onlarla görüşünü özünə borc və şərəf bildi. O dedi ki, məni də bu gündən Cəmiyyətinizin üzvü edəsiniz. Brayl kitabları ilə tanış oldu, kasetləri gözdən keçirdi. Bir neçə kitabın oxunmasını öz üzərinə götürdü, söz verdi ki, ürəklə həvəslə kitabları oxuyub oxuculara hədiyyə edərəm. Sonra söz Arif müəllimə verildi. Söz ki, Arif müəllimə verildi orada yalnız gülüş olmalıdır. Başına gələn əhvalat, lətifələri ilə oxuculara gülüş, xoş əhval-ruhiyyə bəxş etdi. Mahirə xanım oxuculara müraciət etdi. Onların suallarının olub ol- maması ilə maraqlandı. Əlbəttə ki, suallar çox idi. Oxuculardan Süleyman, Qismət, Əbdülsəlim, Əzizağa, Kazım, Nigar və s. Oxucular öz maraqlı suallarını qonaqlara verdilər. Qonaqlar öz növbələrində suallarla səmimi, bir az da lətifəli cavablar ver- dilər. 
    Görüş gözlədiyimizdən də maraqlı alındı. Oxucuların sualları bitib tükənmirdi. Qonaqlar isə çəkilişə tələsirdilər. Görüşün sonunda söz cəmiyyətin sədr müavini Adil müəllimə verildi. O da qonaqlaragəlişləri üçün təşəkkürünü bildirdi. Söz verdi ki, onları Cəmiyyətin fəxri üzvləri seçəcəklər. Sonda dedi ki, biz sizi Cə- miyyətin daha böyük zalında görüşünüzü gözləyirik. Sonda Yaşar müəllimin gözü bir saza sataşdı. Bu saz oxucumuz Sahibin sazı idi. Əliboş gəlmək istəməyib.Yaşar müəllim onun çalmasını xahiş etdi. Saz çalındıqda Yaşar müəllim şer söyləməyə başladı. O şeri qurtardıqca Arif müəllim başlayırdı şerə. Qonaqlar tələssə də görüş qurtarmaq bilmirdi. Sonra xatirə şəkilləri çəkdik. Çiçəklərlə qonaqları yola saldıq.
    Категория: Tədbirlərin arxivi | Əlavə etdi: gerkaz
    Baxılıb: 522 | Загрузок: 0 | Коmmentlər: 2 | Reytinq: 0.0/0
    Cəmi kommentariyalar: 1
    1  
    Dec19paxan Bu bedbext de Baki Apellyasiya mekimeeshnde ishleyir , mence beleleri bedbext qulluqcudurlar cunki onlara emr gelir onlarda it kimi yiyelerin goruyur Amma yene de it kimi qirmaq gerekir

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----