Qonaqlar | İstifadəçi |
Ana səhifə » Tədbir » Tədbirlərin arxivi |
Rubrikadakı tədbirlər: 20 Göstəriklən materiallar: 1-10 |
Səhifələr: 1 2 » |
Bu kitabxanada ən gənc oxucunun 6, yaşlısının isə 82 yaşı var! Dünya işıqından məhrum olsalarda, onların həyat, yaşamaq, inkişaf həvəsi sönməyib, bir sözlə, bəsirət gözləri açıqdır.Sanki oxuduqları əsərlərin qəhrəmanlarından ilham alırlar. Bəzi qəhrəmanlardan fərqli olaraq bədbin görünməyi, məğlub olmağı heç sevməzlər. Sözün əsl mənasında və birmənalı olaraq onlarıanadangəlmə müsbət qəhrəmanlar adlandırsaq, heç də yanılmarıq. Belə qətiyyətlə danışmağmızın səbəbi müsahibim -Nazlı xanım oldu. O qədər qeyri-adi enerjiyə, yüksək ovqata, ruh halına, elmə sahibdir ki, bunu sözlə təsvir etmək belə çətindir. Gərək həmsöhbət olasan! Elə bizim kimi... Nazlı Əliyeva 15 ilin kitabxanaçısıdır. Özüdə elə Respublika Gözdən əlillər Kitabxanasında... I qrup gözdən əlil olan müsahibim hələ orta məktəbdən bu kitabxananın fəaliyətinnən yararlanıb. Bir az da Brayl əlifbasından Lui Brayl- fransız yazıçısı- gözdən əlil olub, bu əlifbanı icad etdiyi üçün onun adı ilə bağlıdır.Uzun illərdir ki, dünyada Brayl əlifbasından bütün gözdən əlillər istifadə edirlər.Burada bütün hərflər, rəqəmlər, işarələr 6 nöqtənin əsasında yazılır. Kitabxanada olan brayl nəşrləri-nağıllar, atalar sözləri, romanlar, klassik ədəbiyyat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə nəşr olunur. Bir sözlə, ölkəmizdə bu mədəniyyət müəssisəsinin analoqu yoxdur. Brayl əlifbası ilə Qurani-Kərim Dünyanın müxtəlif ölkələrində müxtəlif dillərində Qurani-Kərim nəşr olunub və bu gərəkli iş davam etməkdədir. Xeyirxah Təşəbbüs Gözdən Əlillər kitabxanasından da yan keçməyib. Kitabxana oxucularının Tanrı kəlamına ehtiyacını düşünərək öz studiyasında müqəddəs kitabın Azərbaycan dilinə tərcüməsini həm CD variantında səsləndirib, həmdə Brayl əlifbası ilə nəşr edib. Xidmət bununla bitmir Gözdən əlillər kitabxanası həm də abutiriyentlərin ali məktəbə hazırlaşmaları məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərs vəsaitlərinin CD formatını hazırlayır. Fondumuzda nə qədər kitab var? Rus, Türk və Azərbaycan dilində iyirmi üç min kitabımız var. İyirmi üç min kitabın içində görməyənlər üçün olanlar üstünlük təşkil edir. "Danışan" kitablar kütləvi istehsal edilmədiyindən və onların istifadəçisi gözdən əlillər olduğundan fonda yeni kitabların mədaxili nisbətən ləng gedir. |
Novruz (farsca yeni gün mənasındadır) şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə düşür. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir Novruz bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda geniş qeyd edilir. |
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhər tamamilə alova bürünmüşdür. |
Respublika Gözdən Əlillər kitabxanasının direktoru Şəhla xanım Vəliyeva Yanvarın 31-də "Hilton Baku” hotelində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə rusiyalı tanınmış tarixçi və publisist Rudolf İvanovun kitablarının təqdimat mərasimində iştrak etmişdir. R.İvanov Hüseyn xan Naxçıvanski və Cəmşid Naxçıvanski haqqında kitabların müəllifidir. 2009-cu ildə R.İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə "Dostluq” ordeni ilə təltif edilib. |
26 yanvar 2012-ci il tarixində Respublika Gözdən Əlillər kitabxanasının müdir müavini Tofiq Balayev Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda keçirilən "Almanax” kitabının II nəşrinin və audio kitabın təqdimat mərasimində iştrak etmişdir. Tədbirdə "İRƏLİ” İctimai Birlyinin sədri Ceyhun Osmanlı, Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Mətbuat Şurasının üzvü, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, "Ulduz” jurnalının baş redaktoru, 525-ci qəzetin redaktor müavini Seyfəddin Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin gənclər |
Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Artıq "Qanlı Yanvar"ın 22-ci ildönümüdür. 22 il öncə Azərbaycan xalqının taleyində qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınılarının zoruna məruz qalmışdı. Xalq təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların altına atılmışdı. |
15 oktyabr 2011-ci il tarixində Respublika Gözdən Əlillər kitabxanasının 30 illik yubileyinə həsr olunmuş tədbir həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla xanım Vəliyeva qonaqları salamlamış, çıxışına kitabxananın yaranma tarixindən başlamış və gözdən əlillərin inkşafına verdiyi töhfələrdən danışmışdır.Daha sonra Şəhla xanım kitabxananın yaranma ideyası və ümumilikdə fəaliyyət dövrü ərzində qazandığı uğurlardan bəhs etmişdir. |
Gözdən Əlillər üçün Respublika Kitabxanasında vaxtaşırı keçirilən görüşlərdən biri də 12 dekabr 2011-ci il tarixində baş tutdu.Bu dəfə kitabxananın qonağı İlahiyyatçı alim Elşad Miri idi. Elşad bəy kitabxananın kollektivi ilə səmimi söhbət keçirdi və kitabxanaçılardan Kəmalə Quliyeva, Nazlı Əliyeva və Mahirə Şəmsiyevanın suallarını cavablandırdı. Bundan başqa Elşad Miri təsisçisi və baş redaktoru olduğu "DƏVƏT” jurnalının yeni saylarını da kitabxananın fonduna hədiyyə etdi. Həmçinin "DƏVƏT” -in Respublika Gözdən Əlillər Kitabxanasının studiyasında kitabxananın fondu üçün səsləndirilən oktyabr sayı cd şəklində qonağa təqdim olundu. |
Azərbaycanın hər yerində olduğu kimi Respublika Gözdən Əlillər Kitabxamasında da Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir 11 may 2010-cu ildə təşkil olundu. Tədbir iki hissədən ibarət idi Birinci hissədə kitabxananın direktoru Şəhla xanım Vəliyeva bu günün əhəmiyyətindən danışdı. Sonra söz Yeni Azərbaycan Partiyasının Nərimanov rayon şöbəsinin mədəniyyət işləri üzrə müavini Nizami müəllimə verildi. O, öz nitqində Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi səmərəli fəaliyyətindən və millətini canı və qanı ilə sevməsindən danışdı. Sonra söz tarixi müəllimi politoloq Rasim Məmmədova verildi. O, Ulu öndərimizin Azərbaycan tarixindəki danılmaz fəaliyyətindən söz açdı. Onun vətəni və xalqı uğrunda keçdiyi keşməkeşli yollar haqqında danışdı. Tədbirin ikinci hissəsi "Heydər Əliyev və bilik” yarışması ilə davam etdirildi. |
Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşları vaxtaşırı olaraq, oxucuların təklifləri əsasında müxtəlif incəsənət insanları, o cümlədən, aktyorlar, müğənnilər, yazıçı və şairlərlə görüşlər keçirir. Belə tədbirlərdən biri də, 19 aprel 2010-cu il tarixdə Azərbaycan xalq şairi aşıqlar birliyinin sədri Zəlimxan Yaqubla Gözdən Əlillər Cəmiyyətinin akt zalında təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev açaraq, ilk növbədə Zəlimxan bəyə dəvəti qəbul edib gəldiyinə görə öz minnətdarlığını bildirdi və Cəmiyyətin fəaliyyəti haqqında qısa məlumat verdi. Sonra söz Səsyazma studiyasının direktoru Mais Muradova verildi. |