REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


KALENDAR
«  Aprel 2017  »
BeÇaÇCaCŞəBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930

    Milli Qəhrəmanlar



    Mübariz İbrahimov

    Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
    Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
         19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
         Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. 

    Son məktubu

    "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". 



    Fərid Əhmədov

    Fərid Gülağa oğlu Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kurs keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
    2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

    Prezidentin sərəncamı

    2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.
    Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.



    İbad Hüseynov

    İbad Hüseynov  — Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri. Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır.
    1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsiylə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli film çəkilmişdir.
    Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır — hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.

    Qarabağ müharibəsi

    İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
    Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texniki vardı. Hüseynov və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu üzdən o, "kəşfiyyat-diversiya dəstəsi" yaradır və erməni tərəfə keçərək onları məhv edərək, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. İbad Hüseynovun dəstəsi həmçinin sovet ordusunun hissələrinə də qarşı diversiya əməliyyatları keçirir və bu hərəkəti yerli sovet qoşunların ermənilərə dəstək verərək, onlara silah satmaları ilə izah edirdi.
    26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28-günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir. Həkimlərin diaqnozuna baxmayaraq İbad Hüseynov komadan çıxır və sağlam həyata tam qayıdır. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır.

    9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdi

    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----