REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


KALENDAR
«  İyun 2017  »
BeÇaÇCaCŞəBa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

    "KİTABXANA HAQQINDA”

     

     

           Gözdən Əlillər üçün Respublika kitabxanası 1981-ci il iyunun 1-də Azərbaycan Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin Cəmiyyətin tabeliyində «Mərkəzi Respublika Korlar Kitabxanası» kimi fəaliyyətə başlamışdır. Kitabxanın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana - informasiya xidməti göstərməkdir.Oxucuların tam fiziki imkansız olanlarına səyyar kitabxana xidməti göstərilir. 
           Kitabxananın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar), audiokassetlər, CD-lər və dövri mətbuat təşkil edir. Fondunu 7712 nüsxə ədəbiyyat təşkil edən kitabxananın 1061 nəfər oxucusu vardır. Oxucuların böyük əksəriyyətinin kassetləri oxutdurmaq üçün xüsusi və yaxud adi maqnitofonu vardır. Yarandığı gündən 1992-ci ilədək kitabxananın fondunu elə cəmiyyətin tabeliyində fəaliyyət göstərən səsyazma studiyasında lentə alınmış rulonlar, Ümumrusiya Korlar cəmiyyətinin «Loqos» səsyazma studiyasından və Ukrayna Korlar Jəmiyyətinin səsyazma studiyasından alınmış rulonlar və Brayl kitabları təşkil edirdi. SSRİ dağıldıqdan sonra siyasi iqtisadi vəziyyətlə əlaqədar fonda heç bir kitab daxil olmamışdır.
           Belə bir şəraitdə, yəni 1994-cü il yanvarın 1-dən etibarən kitabxana Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə keçmiş və «Respublika Korlar kitabxanası» adlanmışdır. 1999-cu ildən başlayaraq Rusiya ilə əlaqələr bərpa olunmuş, yeni kitablar əldə edilmişdir. 2002-ci ildən isə Azərbaycan Gözdən Əlillər Cəmiyyətində yaradılmış studiyada milli dildə kitab yazılışına, 2006-cı ildən isə yeni yaradılmış tipoqrafiyada Brayl şrifti ilə azərbaycan dilində kitabların çapına başlanmışdır. 
           2004-cü ilin sonunda kitabxananın əsaslı təmiri başlanmış, 2005-ci ildə isə təmirdən sonra təntənəli açılışı olmuşdur. Təmir zamanı kitabxana yeni texniki avadanlıqlarla təchiz olunmuş, həmçinin müasir səsyazma studiyası yaradılmışdır. 
    20 nəfər işçisi olan kitabxana Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında 262 m2 sahəni təşkil edən zirzəmidə yerləşir. Kitabxana 6 günlük iş rejimi ilə 9:00-dan 17:00-dək işləyir. İstirahət günü bazar günüdür. 2006-cı ilin mart ayından kitabxananın adı dəyişdirilib «Gözdən Əlillər üçün Respublika kitabxanası» adlandırılmışdır.
     
     
    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----