REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


KALENDAR
«  Aprel 2017  »
BeÇaÇCaCŞəBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930

    "KİTABXANA İŞİ HAQQINDA”

    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN FƏRMANI


    "Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

    - qüvvədə olan qanunvericilik aktlarının "Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    - həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi qaydalarını təsdiq etsin;

    - bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair digər müvafiq normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

    - Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının "Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    - "Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    - öz səlahiyyətləri daxilində "Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    2. Müəyyən edilsin ki:

    - "Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 14-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin birinci hissəsində (ikinci halda), 17-ci maddəsində, 18-ci maddəsində, 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    - həmin Qanunun 15-ci maddəsinin birinci (birinci halda) və ikinci hissələrində göstərilən "müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları” dedikdə Azərbaycan Respublikası Przidentinin İcra Aparatının və Azərbaycan Rspublikası Nazirlər Kabinetinin kitabxanaları nəzərdə tutulur;

    - həmin Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Mədəniyyət Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

    - həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.


    Heydər Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri,

    12 mart 1999-cu il

    № 115


    (Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu/Azərbaycan. -1999-cu il. – 14 mart.)

    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----