REKLAM YERI
AUDİOQALEREYA

SAYTIN SAYĞACI
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qonaqlar İstifadəçi

VİDEO
FACEBOOKDA BİZ


KALENDAR
«  Fevral 2018  »
BeÇaÇCaCŞəBa
   1234
567891011
12131415161718
19202122232425
262728

    Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı


    Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın rafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Hər iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilmişdir. Proses indi də davam etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülmüşdür. Lakin həmin kitabların satışının nəzərdə tutulmaması və kitab həvəskarlarının öz şəxsi kitabxanalarını latın qrafikasında nəfis şəkildə çap olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək tələbatı onların ayrıca olaraq nəşri zərurətini meydana çıxarmışdır. 
    Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədi ilə qərara alıram:
    1. Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr edilsin.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla bu sərəncamın 1-ci bəndində qeyd olunan "Dünya ədəbiyyatı kitabxanası"nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 
    3.Bu sərəncam imzalandığı gündən qüvvə minir.


    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 24 avqust 2007-ci il

    © 2010. "Respublika Gözdən Əlillər kitabxanası | Bütün Muəllif Hüquqları qorunur. Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.
    Saytı hazırladı SAYT SİFARİŞİ ----